Şimali Koreya nə qədər nüvə başlığı var? - Qonşu ölkə Trampın açıqlamasını doğru saymadı

Şimali Koreya nə qədər nüvə başlığı var? - Qonşu ölkə Trampın  açıqlamasını doğru saymadı

DÜNYA

Bugün, 11:34

"Şimali Koreyanın nüvə gücü tək bölgəyə deyil, dünya üçün təhlükə saçır".

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu sözləri Cənubi Koreyanın müdafiə naziri An Gyu-bak ABŞ prezidenti Donald Trampın "Şimali Koreya 57 çox güclü nüvə silahına sahibdir" açıqlamasına münasibətdə deyib.

Onun sözlərinə görə, Trampın açıqlamasında yanlışlıq var: "Biz Şimali Koreyanın daha çox - 80-120 nüvə silahına sahib olduğuna şübhə etmirik. Sözsüz ki, Cənubi Koreya bunu rəsmi olaraq təsdiqləməz. Ancaq faktdır ki, qonşu ölkənin nüvə başlığı daha çoxdur. Əlbəttə, biz bunu heç vaxt rəsmi olaraq qəbul edə bilmərik. Cənubi Koreya hökuməti adanın nüvəsizləşdirməsini qətiyyətlə dəstəkləməkdə davam edir".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR