Daha bir türk əsilli kriminal dəstə lideri xaricdə saxlanılıb - FOTO

Daha bir türk əsilli kriminal dəstə lideri xaricdə saxlanılıb - FOTO

KRİMİNAL

Bugün, 14:59

Daha bir türk əsilli kriminal dəstə lideri xaricdə saxlanılıb

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mütəşəkkil cinayətkar dəstələrdən birinin lideri Argentinada əməliyyatla tutulub.

Məlumata əsasən, Təhlükəsizlik Baş İdarəsinin İnterpol Avropol Departamenti, Türkiyə Mütəşəkkil Cinayətkarlıq və Kəşfiyyat İdarələri, Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ilə koordinasiyalı şəkildə keçirilən əməliyyatla saxlanılan Serkan Kurtulmuş bu gün Argentinadan Türkiyəyə gətirilir: "O, qəsdən adam öldürmə, yaralama, cinayət törətmək məqsədilə qondarma təşkilat qurma, çoxlu sayda silahlı soyğunçuluq və mövcud cinayətkar təşkilatın qorxuducu gücündən istifadə etməklə təhdid və sair cinayətlərdə ittiham olunur".

Tahir 

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR