Hörmüz boğazında təhlükəli gərginlik: Amerikaya məxsus helikopter gəmini vurdu - İran və Çin rəsmiləri birgə mesaj verdilər

Hörmüz boğazında təhlükəli gərginlik: Amerikaya məxsus helikopter gəmini vurdu - İran və Çin rəsmiləri birgə mesaj verdilər

GÜNDƏM

Bugün, 00:08

Hörmüz boğazında yenidən gərginlik yaranıb.

Mia.az türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ Mərkəzi Ordu Komandanlığı İrana qarşı dəniz blokadasını pozan Panama bayrağı altında üzən "Vela Nova" gəmisinə "dur" əmri verəs də, gəmi yola davam edib.

Məlumata görə, bundan sonra ABŞ ordusuna məxsus helikopter havalandırılıb: "Əmrə əsasən helikopterdən "Vela Nova" konteyner gəmisinə raket zərbələri endirilib. Gəmidə olan 17 nəfərlik heyət arasında ölən və yaralanan olmasa da, gəmi böyük zərər görüb".

Mərkəzi Ordu Komandanlığından bildirilib ki, ABŞ prezidentinin tapşırığına əsasən İrana qarşı blokada siyasəti qətiyyətlə davam edir...

Maraqlı burasıdır ki, bu hadisədən sonra Çinin Tehrandakı səfiri Zong Peivu ilə görüşən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Mohsen Rezaei Amerikanın boğazdakı bu hücumundan söz açəb: "ABŞ-ın bu cür  mövqeyi dəyişməyincə və İranın şərtlərini qəbul etməyincə, Hörmüz boğazı açılmayacaq. ABŞ bizə qarşı müharibəyə son qoymalı, boğazda təcavüz hərəkətlərindən əl çəkməli, İranın blokladığı vəsaitlərini sərbəst buraxmalı, həmçinin Livan və Qəzzada müharibələri bitirmlidir. Əks halda biz də ABŞ-ın bölgədəki qüvvələrinə dinclik verməyəcəyik"

Rezaei səfirlə söhbətində əlavə edib ki, İran və Oman arasında Hörmüz boğazındakı tranzit marşrutu ilə bağlı mümkün razılaşma üzərində də iş gedir: "Digər ölkələrin bu müzakirədə yeri yoxdur"

Çinin Tehrandakı səfiri Zong çıxışında ölkəsinin İrana qarşı hərbi hücumlara qarşı olduğunu təkrarlayıb.

Zonq qeyd edib ki, Çin həmişə Qərbi Asiya regionunda və Fars körfəzi ölkələri arasında münasibətlərin möhkəmləndirilməsini dəstək verib: "Bizim bu siyasətimiz dəyişməyəcək".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR