Naxçıvan Müəllimlər İnstitutuna niyə qəbul planı ayrılmadı? - Bağlanır, yoxsa...?

Naxçıvan Müəllimlər İnstitutuna niyə qəbul planı ayrılmadı? - Bağlanır, yoxsa...? 

GÜNDƏM

11.08.2026, 22:34

“Abituriyent” jurnalının 4-cü sayında 2026–2027-ci tədris ili üzrə qəbul aparılan ali təhsil müəssisələrinin siyahısında Naxçıvan Müəllimlər İnstitutunun adına rast gəlinmir.

Mia.az "Yeni Sabah”a istinadla xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) magistraturaya qəbulla bağlı statistik məlumatlarında da Naxçıvan Müəllimlər İnstitutunun 2026-cı ildə magistratura üzrə qəbul planında yer almadığı göstərilir.

Mövcud məlumatlara əsasən, institut bu tədris ilində həm bakalavriat, həm də magistratura səviyyəsində tələbə qəbulu həyata keçirməyəcək.

Bu vəziyyət isə Naxçıvan Müəllimlər İnstitutunun gələcək fəaliyyəti ilə bağlı suallar yaradır. Xüsusilə bu il qəbulun hər iki səviyyə üzrə aparılmaması “institut bağlanacaqmı?” sualını gündəmə gətirir.

Naxçıvan Müəllimlər İnstitutundan sorğuya cavab verilməyib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR