Türkiyədə azərbaycanlının şübhəli ölümü: bacısı bir həftə meyitlə eyni evdə qalıb - Pis qoxudan sonra qonşular hərəkətləndi və... + FOTOLAR

Türkiyədə azərbaycanlının şübhəli ölümü: bacısı bir həftə meyitlə eyni evdə qalıb - Pis qoxudan sonra qonşular hərəkətləndi və... + FOTOLAR

KRİMİNAL

Bugün, 17:08

Türkiyənin Qaziosmanpaşa şəhərində azərbaycanlı bacı-qardaşla bağlı şok xəbər yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən axşam Şemsipaşa məhəlləsindəki 6-cı küçədəki bir mənzildə baş verən hadisə ürək dağlayıb.

Məlumata görə, mənzildən gələn pis qoxudan narahat olan bina sakinləri polisə şikayət ediblər: "Hadisə yerinə polis, yanğınsöndürmə və tibbi heyəti göndərilib. Polis yanğınsöndürmə briqadalarının köməyi ilə mənzilin qapısını açıb və qonaq otağında hərəkətsiz uzanan Azərbaycan vətəndaşı Rövşən Zeynalovun meyiti aşkarlanıb. Zeynalovun bacısı, psixoloji problemləri olan  Mətanət Zeynalovanın isə yataq otağında yatdığı məlum olub. Araşdırma zamanı bəlli olub ki, Rövşən Zeynalov bir həftə əvvəl ölsə də, psixoloji problemləri olan bacısı heç kimi məlumatlandırmayıb, o, meyitlə eyni evdə qalıb...".

Xəbərdə o da deyilir ki, evin ilkin müayinələri zamanı qan izləri aşkar edilib: "Rövşən Zeynalovun cəsədi tibbi ekspertizaya aparılıb. Polis şübhəli ölüm hadisəsi ilə bağlı araşdırmaya başlayıb".

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR