Cənubi Afrikada eyni şəhərdə üç ayrı silahlı insident: 11 nəfər öldürüldü, polis cinayətklarların yerini deyənlərə mükafat vədi verdi

Cənubi Afrikada eyni şəhərdə üç ayrı silahlı insident: 11 nəfər öldürüldü, polis cinayətklarların yerini deyənlərə mükafat vədi verdi

DÜNYA

10.08.2026, 10:04

Cənubi Afrikanın Keyptaun şəhərində üç ayrı silahlı insident baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Cənubi Afrika Polis Xidməti (SAPS) məlumat yayıb.

Qeyd edilib ki, Keyptaunun Xayelitşa, Lanqa və Ququlethu bölgələrində hadisələrlə bağlı araşdırma başlayıb: "Təəssüf ki, Xayelitşada 25, 31 və 35 yaşlarında üç kişi, Lanqanın Vinni Mandela küçəsində dörd kişi və bir qadın, Ququlethuda isə iki kişi və bir qadın öldürülüb, iki nəfər yaralanıb. Hadisə yerinə əlavə qüvvələr göndərilib. Faktlar araşdırlır".

Məlumatda deyilir ki, hadisədə tutulanlar yoxdur, axtarış gedir: "İnsidentin səbəbi və kimlərin törətdiyi hələlik bəlli deyil. Əhalidən bu barədə əllərində olan məlumatı polislə bölüşməyi xahiş edirik".

Polisdən o da bildirilib ki, cinayətkarların tutulmasına kömək göstərən hər bir şəxsə anonimlik qorunmaq şərtiylə 100.000 Cənubi Afrika randı (təxminən 6000 dollar) mükafat veriləcək.

F.Səfərli

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR