Həbs olunan məşhur aktyor marixuana çəkirmiş - Test cavabı bəlli oldu

Həbs olunan məşhur aktyor marixuana çəkirmiş - Test cavabı bəlli oldu

MƏDƏNİYYƏT

Bugün, 15:24

Türkiyənin paytaxtı Ankaranın Etimesgut Bələdiyyəsinın CHP-li sədri, "behzat Ç" serialı ilə daha da məşhurlaşan aktyor Erdal Beşikçioğlunun həbsindən əvvəlki test nümunələrinin cavabı açıqlanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bələdiyyədəki korrupsiya ittihamı ilə açılan cinayət işi çərçivəsində, qan, sidik və saç nümunələri alınan bələdiyyə sədri Erdal Beşikçioğlunun marixuana testi müsbət çıxıb.

Bəlli olub ki, o, marixuana qəbul edirmiş.

Məlumata görə, o, istintaqa ifadəsində də bunu etiraf edibmiş.

Hətta 2014-cü ildə Ankara Baş Prokurorluğuna verdiyi ifadədə bu barədə suala müsbət cavabı da ifadəsinə əlavə olunub: "O zaman da bunu qəbul etdiyimi, peşman olduğumu və bir daha çəkməyəcəyimi demişdim. O vaxtdan da qəbul etməmişəm".

Hüsyen

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR