11 nəfərlik dəstənin içində dünya çempionu da var - 4 milyon ələ keçirilib
KRİMİNAL
Bugün, 14:51
Dövlətə məxsus torpaqları qanunsuz zəbt etməkdə və satmaqda ittiham olunan 11 nəfərlik dəstənin üzvləri artıq hakim qarşısına çıxarılır.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Dələduzluq və torpaq üzərində mülkiyyət hüququnun pozulması yolu ilə xüsusilə ağır cinayət törətməkdə ittiham olunan 11 nəfərin hamısı azadlıqdadır. Onlar Əliyev Qalib Mirzə oğlu, Hüseynov Anar Rafiq oğlu, Əşrəfov Ceyhun Adil oğlu, İsmayılov Araz Əziz oğlu, Quliyev Amin Fərhad oğlu, Məmmədov Arif Ələsdan oğlu, Rəsulov Vidadi Əlqəmə oğlu, Qəhrəmanov İlqar İsmayıl oğlu, Vahidov Orxan Mustafa oğlu, Dəmirov Ceyhun İkram oğlu və Novruzov Səfa Abbasqulu oğludur.
Prokurorun elan etdiyi ittihamda deyilir ki, təqsirləndirilən şəxslər cinayətkar qrup halında birləşərək qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 25 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt ediblər. Sonradan isə planın davamı olaraq həmin torpaqları ayrı-ayrı şəxslərə satıblar. Pul verib torpaq alan şəxslər indi iş üzrə zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlərdən bəziləri aldıqları torpaq üzərində ev də tikiblər.
Fotoda: Anar Hüseynov dünya çempionu olduğu gün
.jpg)
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxslərdən biri MMA döyüş idman növü üzrə tanınmış idmançı Anar Hüseynovdur. Anar 2017-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən WMMAF dünya çempionatında qızıl medal qazanıb, dünya çempionu olub.
İttihamda yazır ki, Anar Hüseynov Ceyhun Əşrəfov və Qalib Əliyev ilə əlbir olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutub, sonradan həmin torpaqları satmaq və uzunmüddətli icarəyə verməklə dələduzluq yolu ilə 1 milyon 200 min manat pul ələ keçiriblər. Dövlətə dəymiş ümumi ziyan isə 4 milyon manatdan çoxdur.
Lakin o, heç bir epizod üzrə ittihamı qəbul etmir, yekunda barəsində bəraət hökmü çıxarılmasını istəyir. Məhkəmədə döyüşçünün hüquqlarını vəkil Ruzi Səmədov müdafiə edir. Vəkil ilk çıxışında ittihamla razı olmadıqlarını, əksini göstərən sübutların məhkəmə istintaqı müddətində üzə çıxacağını deyib.
Verilmiş ittihamlar (CM-178.4 və 188.3) təsdiqini tapsa, müttəhimləri 10 ildən çox həbs cəzası gözləyir. Lakin dövlətə və zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi vəziyyəti dəyişə bilər.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumata əsasən, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq aparılıb. Görülmüş tədbirlər nəticəsində zəbt edilmiş 20 hektardan artıq dövlət mülkiyyətində olan torpaq sahəsi sözügedən nazirliyin istifadəsinə geri qaytarılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Hesablama Palatası Bahar" yatağı ilə bağlı audit aparıb
Bugün, 17:12 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Qətər XİN: "ABŞ-İran gərginliyinin azaldılması üçün..."
Bugün, 16:42 DÜNYA
-
ATƏT sədri İçərişəhərdə - FOTOLAR
Bugün, 16:16 GÜNDƏM
-
Region teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan olunub
Bugün, 16:02 MƏDƏNİYYƏT
-
Azərbaycan I Liqasında 2026/2027 mövsümünün püşkü atılıb
Bugün, 15:55 İDMAN
-
Türkiyə Hərbi Hava Qüvvələrinin Komandanı dəyişib
Bugün, 15:48 DÜNYA
-
Ankara ilə Bakının koordinasiyalı fəaliyyəti və rəsmi İrəvandan alınan yeni siqnal... - TƏHLİL
Bugün, 15:44 SİYASƏT
-
Nizami metrosuna giriş bağlandı, xəttə yeni ekspres avtobuslar buraxıldı - SİYAHI
Bugün, 15:29 CƏMİYYƏT
-
Həbs olunan məşhur aktyor marixuana çəkirmiş - Test cavabı bəlli oldu
Bugün, 15:24 MƏDƏNİYYƏT
-
Bloqer Hüseyn Həsənova həbs cəzası verilib
Bugün, 15:17 PRESS
-
PKK ÜZVLƏRİNİ CƏZADAN AZAD EDƏCƏK QANUN LAYİHƏSİ - İlk imzanı Dövlət Baxçalı atdı
Bugün, 15:06 SİYASƏT
-
"Tağıyev" bədii filmini 200 mindən çox kinosevər izləyib
Bugün, 15:02 MƏDƏNİYYƏT
-
11 nəfərlik dəstənin içində dünya çempionu da var - 4 milyon ələ keçirilib
Bugün, 14:51 KRİMİNAL
-
İran prezidenti istefa xəbəri barədə xalqa səsləndi: "Orduyla aramızda narazılıq olsa, Silahlı Qüvvələr mənim deyil, Xameneinin yanında olacaq"
Bugün, 14:09 GÜNDƏM
-
Fransada üç nüvə reaktoru qapadıldı - İsti havaya görə
Bugün, 14:05 DÜNYA
-
Biznesmenlərin 3 milyon pulu... - 3 nəfərə hökm oxundu
Bugün, 13:56 KRİMİNAL
-
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək - Xəbərdarlıq + VİDEO
Bugün, 13:52 CƏMİYYƏT
-
Bu yüklərin gömrük rəsmiləşdirilməsi sadələşdiriləcək - FƏRMAN
Bugün, 13:50 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev gömrüklə bağlı fərman imzaladı - Dəyişiklik
Bugün, 13:19 İQTİSADİYYAT
-
Ceyhun Bayramov: "ATƏT-in sədri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdik"
Bugün, 13:07 SİYASƏT
-
6 TƏHLİL MƏRKƏZİ EYNİ MÖVZUDA SORĞU KEÇİRDİ - Hansı partiya öndədir?
Bugün, 12:59 SİYASƏT
-
BU İCRA BAŞÇILARI VƏZİFƏDƏN AZAD EDİLDİ - Yeni təyinatlar (YENİLƏNİB)
Bugün, 12:47 GÜNDƏM
-
Ceyhun Bayramov ATƏT sədri ilə geniş tərkibdə görüş keçirib - MÜZAKİRƏ + FOTO
Bugün, 12:37 SİYASƏT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:25 CƏMİYYƏT
-
Yeni rektor universitet kollektivinə təqdim edildi - FOTOLAR
Bugün, 12:18 GÜNDƏM
-
Bakıya gələn həftə meteor yağışı yağacaq
Bugün, 12:11 GÜNDƏM
-
Şahbuzda zəlzələ olub
Bugün, 12:05 GÜNDƏM
-
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bugün, 12:05 CƏMİYYƏT
-
Ukraynada Azərbaycanəsilli hərbçilərin görüşü olub - FOTO
Bugün, 11:57 CƏMİYYƏT
-
UNİVERSİTETLƏRƏ İXTİSAS SEÇİMİ BAŞLAYIR - Tarix açıqandı
Bugün, 11:48 GÜNDƏM
-
"SOCAR-da vəzifəli şəxslər üçün o qədər lazımsız ştatlar yaradılıb ki..." - Komitə sədri şirkətin açıqlaması ilə razılaşmır, "dövlət başçısı bu sahayə təcili müdaxilə etməlidir" deyir
Bugün, 11:40 İQTİSADİYYAT
-
Əfsanəvi aktyor Ceki Çan Bakıya gəlib
Bugün, 11:25 MƏDƏNİYYƏT
-
Ceyhun Bayramov İsveçrə XİN başçısı ilə görüşdü - FOTOLAR (YENİLƏNİB)
Bugün, 11:09 SİYASƏT