"Tağıyev" bədii filmini 200 mindən çox kinosevər izləyib
MƏDƏNİYYƏT
Bugün, 15:02
Bakı Media Mərkəzinin istehsalı olan "Tağıyev" bədii filmini ölkə kinoteatrlarında bu günədək 200 mindən çox kinosevər izləyib.
Mia.az xəbər verir ki, bədii filmin bölümləri - "Tağıyev: Neft", "Tağıyev: Çar", "Tağıyev: Sona" və "Tağıyev: Məktəb" ölkənin aparıcı kinoteatrlarında bu müddət ərzindən geniş maraqla qarşılanan Azərbaycan filmi statusu əldə ediblər.
Artıq kinoteatrlar bununla bağlı rəsmi statistikanı açıqlayaraq "Tağıyev" bədii filmini "Ən çox izlənilən Azərbaycan filmi" elan ediblər.
Məlumat üçün bildirək ki, Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət kəsb edən 4 hissəli filmin ilk bölümü "TAĞIYEV: NEFT" məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim olunub. "TAĞIYEV: MƏKTƏB"-in təqdimatı da məhz Azərbaycanın maarif və təhsil sahəsində canlanma yaradan, xalqımızın həyatında böyük rol oynayan qızlar məktəbinin yaranmasının 125 illiyinin qeyd olunduğu tarixə - 2026-cı ilə təsadüf edib.
Ümumiyyətlə "TAĞIYEV" filmin hər bölümü əlamətdar mədəniyyət hadisəsinə çevrilib və ölkə kinoteatrlarında yayımlanaraq geniş izləyici kütləsi toplaya bilib. İctimai maraq olduğundan hazırda bu filmlərin kinoteatrlarda baxışı davam edir.
Filmlərin ölkə daxilində və xaricində geniş təqdimat mərasimləri baş tutub. Həmçinin, "Tağıyev: Neft" filmi 98-ci Kino Sənəti və Elmləri Akademiyasının ("Oscar") mükafatlarına "Ən yaxşı beynəlxalq bədii film" kateqoriyasında ölkəmizdən rəsmi namizəd seçilib və bədii filmin ABŞ-ın kino sənayesinin mərkəzi – Hollivudun yerləşdiyi Los-Anceles şəhərində də təqdimatı keçirilib. 2026-cı ildə "Tağıyev: Neft" bədii filmi Böyük Britaniyanın paytaxtı Londonda, məşhur kino mərkəzi BAFTA-nın Princess Anne Theatre zalında xarici auditoriyaya təqdim edilib. "Dədə Qorqud" film festivalında "Tağıyev: Neft" filminə görə ən yaxşı kişi rolu nominasiyasında baş rol ifaçısı, xalq artisti Pərviz Məmmədrzayev əsas mükafatı qazanıb. Film həm ölkə daxilində, həm də bir sıra xarici ölkələrdə təqdim olunaraq izləyicilərin rəğbətini qazanıb.
Bununla yanaşı, bədii filmin ilk bölümü dünyaca məşhur "Dehancer Colourist Awards 2024" festivalına qatılaraq keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasında qalib gəlib.
Bakı Media Mərkəzinin istehsalı olan filmdə XIX-cu əsrin sonu XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur. Tağıyevin həyat yolu mübarizələrlə keçir. Hər yeni dövr onun üçün yeni bir məqsəd, yeni bir məsuliyyət olur. O çətinliklərlə üzləşir amma geriyə addım atmır, zərbələr alır amma daha güclü olur.
Filmin çəkilişləri öz miqyasına görə də Azərbaycan kinomatoqrafiya tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı tarixi dövrü tam əks elətdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissor Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, quruluşçu operator Vladimir Artemyev, quruluşçu rəssam Səbuhi Atababayev, geyim üzrə rəssam Vüsal Rəhim, bəstəkar Etibar Əsədli və montaj rejissoru Əsgər Rəhimovdur.
Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan "TAĞIYEV" filmini ərsəyə gətirməklə Bakı Media Mərkəzi Azərbaycanın kino sənayesinə öz növbəti dəyərli tövhəsini vermiş olub.
Məlumat üçün bildirək ki, Azərbaycan Milli Kino Günü münasibətilə CinemaPlus kinoteatrlarında Tağıyev Film Həftəsi keçirilir. Avqustun 9-na qədər keçirilən bu marafonda Azərbaycanın böyük xeyriyyəçisi və maarifpərvəri Hacı Zeynalabdin Tağıyevin həyatına, mübarizəsinə və zəngin irsinə həsr olunmuş 4 filmi yenidən böyük ekranda izləmək imkanı əldə edilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Hesablama Palatası 2Bahar" yatağı ilə bağlı audit aparıb
Bugün, 17:12 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Qətər XİN: "ABŞ-İran gərginliyinin azaldılması üçün..."
Bugün, 16:42 DÜNYA
-
ATƏT sədri İçərişəhərdə - FOTOLAR
Bugün, 16:16 GÜNDƏM
-
Region teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan olunub
Bugün, 16:02 MƏDƏNİYYƏT
-
Azərbaycan I Liqasında 2026/2027 mövsümünün püşkü atılıb
Bugün, 15:55 İDMAN
-
Türkiyə Hərbi Hava Qüvvələrinin Komandanı dəyişib
Bugün, 15:48 DÜNYA
-
Ankara ilə Bakının koordinasiyalı fəaliyyəti və rəsmi İrəvandan alınan yeni siqnal... - TƏHLİL
Bugün, 15:44 SİYASƏT
-
Nizami metrosuna giriş bağlandı, xəttə yeni ekspres avtobuslar buraxıldı - SİYAHI
Bugün, 15:29 CƏMİYYƏT
-
Həbs olunan məşhur aktyor marixuana çəkirmiş - Test cavabı bəlli oldu
Bugün, 15:24 MƏDƏNİYYƏT
-
Bloqer Hüseyn Həsənova həbs cəzası verilib
Bugün, 15:17 PRESS
-
PKK ÜZVLƏRİNİ CƏZADAN AZAD EDƏCƏK QANUN LAYİHƏSİ - İlk imzanı Dövlət Baxçalı atdı
Bugün, 15:06 SİYASƏT
-
"Tağıyev" bədii filmini 200 mindən çox kinosevər izləyib
Bugün, 15:02 MƏDƏNİYYƏT
-
11 nəfərlik dəstənin içində dünya çempionu da var - 4 milyon ələ keçirilib
Bugün, 14:51 KRİMİNAL
-
İran prezidenti istefa xəbəri barədə xalqa səsləndi: "Orduyla aramızda narazılıq olsa, Silahlı Qüvvələr mənim deyil, Xameneinin yanında olacaq"
Bugün, 14:09 GÜNDƏM
-
Fransada üç nüvə reaktoru qapadıldı - İsti havaya görə
Bugün, 14:05 DÜNYA
-
Biznesmenlərin 3 milyon pulu... - 3 nəfərə hökm oxundu
Bugün, 13:56 KRİMİNAL
-
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək - Xəbərdarlıq + VİDEO
Bugün, 13:52 CƏMİYYƏT
-
Bu yüklərin gömrük rəsmiləşdirilməsi sadələşdiriləcək - FƏRMAN
Bugün, 13:50 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev gömrüklə bağlı fərman imzaladı - Dəyişiklik
Bugün, 13:19 İQTİSADİYYAT
-
Ceyhun Bayramov: "ATƏT-in sədri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdik"
Bugün, 13:07 SİYASƏT
-
6 TƏHLİL MƏRKƏZİ EYNİ MÖVZUDA SORĞU KEÇİRDİ - Hansı partiya öndədir?
Bugün, 12:59 SİYASƏT
-
BU İCRA BAŞÇILARI VƏZİFƏDƏN AZAD EDİLDİ - Yeni təyinatlar (YENİLƏNİB)
Bugün, 12:47 GÜNDƏM
-
Ceyhun Bayramov ATƏT sədri ilə geniş tərkibdə görüş keçirib - MÜZAKİRƏ + FOTO
Bugün, 12:37 SİYASƏT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:25 CƏMİYYƏT
-
Yeni rektor universitet kollektivinə təqdim edildi - FOTOLAR
Bugün, 12:18 GÜNDƏM
-
Bakıya gələn həftə meteor yağışı yağacaq
Bugün, 12:11 GÜNDƏM
-
Şahbuzda zəlzələ olub
Bugün, 12:05 GÜNDƏM
-
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bugün, 12:05 CƏMİYYƏT
-
Ukraynada Azərbaycanəsilli hərbçilərin görüşü olub - FOTO
Bugün, 11:57 CƏMİYYƏT
-
UNİVERSİTETLƏRƏ İXTİSAS SEÇİMİ BAŞLAYIR - Tarix açıqandı
Bugün, 11:48 GÜNDƏM
-
"SOCAR-da vəzifəli şəxslər üçün o qədər lazımsız ştatlar yaradılıb ki..." - Komitə sədri şirkətin açıqlaması ilə razılaşmır, "dövlət başçısı bu sahayə təcili müdaxilə etməlidir" deyir
Bugün, 11:40 İQTİSADİYYAT
-
Əfsanəvi aktyor Ceki Çan Bakıya gəlib
Bugün, 11:25 MƏDƏNİYYƏT
-
Ceyhun Bayramov İsveçrə XİN başçısı ilə görüşdü - FOTOLAR (YENİLƏNİB)
Bugün, 11:09 SİYASƏT