İran prezidenti istefa xəbəri barədə xalqa səsləndi: "Orduyla aramızda narazılıq olsa, Silahlı Qüvvələr mənim deyil, Xameneinin yanında olacaq"

İran prezidenti istefa xəbəri barədə xalqa səsləndi: \"Orduyla aramızda narazılıq olsa,  Silahlı Qüvvələr mənim deyil, Xameneinin yanında olacaq\"

GÜNDƏM

Bugün, 14:09

"İstefamla bağlı iddialar həqiqətə uyğun deyil. Vəzifəmin başındayam, davam edəcəyəm".

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian istefası ilə bağlı yayılan xəbərlərə münasibətdə deyib.

O, xalqa videomüraciət edərək, bildirib ki, əgər belə bir hal olsaydı, özü açıqlayardı:  "Əgər istefa versəm, bunu açıq şəkildə elan edərdim. İstefa verməyəcəyəm, mübarizə aparacağam."

Pezeşkian açıqlamasında Ali Rəhbər Müctəba Xamenei və Silahlı Qüvvələrlə fikir ayrılıqları iddialarını da təkzib edib: "Biz tam harmoniya içində işləyirik. Düzdür, orduyla aramızda narazılıq olsa,  Silahlı Qüvvələr mənim deyil, Xameneinin yanında olacaq. Bəzi dairələr İran lideri ilə prezident arasında fikir ayrılığı olduğu barədə təsəvvür yaratmağa çalışırlar. Əmin olun ki, bu iddialar da həqiqəti əks etdirmir".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR