TRAMP 60 ÖLKƏNİ “QARALADI” – Əlavə vergi yükü qoyulan ölkələr arasında Türkiyə də var

TRAMP 60 ÖLKƏNİ “QARALADI” – Əlavə vergi yükü qoyulan ölkələr arasında Türkiyə də var

İQTİSADİYYAT

Bugün, 10:56

ABŞ prezidenti Donald Tramp 60 ticarət tərəfdaşı olduğu ölkəyə yeni gömrük tarifləri tətbiq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Trampın ən yüksək tarif tətbiq etdiyi ölkələr arasına “çox yaxın dostum” dediyi Ərdoğanın lideri olduğu Türkiyənin də adı daxil edilib.

Məlumatda deyilir ki, ABŞ Ticarət Nümayəndəsi (USTR) 1974-cü il Ticarət Qanununun 301-ci maddəsi çərçivəsində aparılan araşdırmalardan sonra “məcburi əməkdən istifadə edərək istehsal edilən malların idxalı”na qarşı adekvat tədbirlər görmədiyinə görə 60 ticarət tərəfdaşına yeni tariflərin tətbiq olunacaq: “Qərara əsasən, iyulun 24-dən, yəni, bu gündən başlayaraq müəyyən məhsul istisnaları istisna olmaqla, ABŞ idxalının 99,4%-ni əhatə edən 60 ticarət tərəfdaşından 10% və 12,5% aralığında əlavə tarif (vergi) tutulacaq.

Türkiyə, Çin, Rusiya, Vyetnam, Sinqapur, Tayland, Avstraliya, Yeni Zelandiya, Braziliya, Cənubi Afrika, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya, Cənubi Koreya və İsrail kimi ölkələrdən 12.5%, Argentina, Kanada, Banqladeş, Hindistan, Malayziya, Meksika, Pakistan, Birləşmiş Krallıq və bəzi digər ölkələrdən isə 10% gömrük rüsumu alınacaq”.

Xəbərdə o da bildirilib ki, Avropa İttifaqına daxil olan 27 ölkəyə də 10%-lik vergi tətbiq olunub.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR