Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddəti: uzatma elektronlaşdırılacaq, rüsum tutulmayacaq
GÜNDƏM
Bugün, 15:33
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı inzibati prosedurların elektronlaşdırılması və normativ-hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur.
Mia.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarında dəyişiklik edilməsi barədə layihədə öz əksini tapıb.
Bildirilib ki, dövlət rüsumu ödənildikdən sonra müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi və elektron poçt ünvanına göndərilməsi nəzərdə tutulur. Bununla yanaşı, qərarın məzmununun təsdiq edilməsi, elektron imza ilə rəsmiləşdirilməsi və elektron xidmətlərin hüquqi əsaslarının dəqiqləşdirilməsi təmin ediləcək.
Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliklə isə müvəqqəti olma müddətinin uzadılmasından imtina üçün əlavə əsas müəyyən olunur. Belə ki, Məcəllənin 41.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən birinin və ya bir neçəsinin təqdim edilməməsi də imtina əsası kimi təsbit olunur.
"Dövlət rüsumu haqqında" qanunda nəzərdə tutulmuş dəyişikliyə əsasən isə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə rüsum nəzərdə tutulmayacaq.
Bundan əlavə, qanun layihəsində nəzərdə tutulan keçid müddəasına görə, qanun qüvvəyə mindiyi günədək verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərarlar onlarda göstərilmiş müddət başa çatanadək hüquqi qüvvəsini saxlayacaq. Həmin qərarlar itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə və ya əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar dəyişdikdə onlar elektron qaydada tərtib ediləcək, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi üçün həmin sistemə ötürüləcək, eyni zamanda müraciət edənin elektron poçt ünvanına göndəriləcək. Bu hallarda qərarın yenidən rəsmiləşdirilməsinə görə dövlət rüsumunun ödənilməsi tələb olunmayacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ceyhun Bayramov senator Stiv Deyns ilə görüşüb - Nələr müzakirə olunub?
Bugün, 18:52 SİYASƏT
-
Müğənni Elnur Hüseynov AZAL-dan şikayətlənib
Bugün, 18:01 CƏMİYYƏT
-
Gəncədə yeniyetmə çənəsindən bıçaqlandı
Bugün, 17:49 KRİMİNAL
-
NATO Sammitində skandal - Nazir Atatürkün fotosu və bayraq qarşısında paylaşdığı fotonu sildi: “Üzr istəyirəm” – FOTO
Bugün, 17:35 SİYASƏT
-
Deputatlar toplanır: 22 məsələ müzakirə olunacaq - SİYAHI
Bugün, 17:28 SİYASƏT
-
"Polis idarəsində paylaşımlarımızı sildik, öpüşdük, görüşdük, sağollaşdıq" - Manaf Ağayev
Bugün, 17:17 MƏDƏNİYYƏT
-
Nəsimidə polis əməliyyatı: 4 nəfər qandallandı
Bugün, 17:13 KRİMİNAL
-
Müdafiə Nazirliyində təyinat - General yüksək vəzifəyə gətirildi
Bugün, 17:13 CƏMİYYƏT
-
Tramp Türkiyə prezidenti ilə bir arada: "Cənab Ərdoğan olmasaydı..." - Canlı yayım
Bugün, 17:01 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
NATO Baş katibi təhlükələri sadaladı: “Biz ayıq-sayıq olmalıyıq”
Bugün, 16:55 GÜNDƏM
-
Ceyhun Bayramov Sinqapur XİN başçısı ilə telefonda müzakirə apardı
Bugün, 16:49 SİYASƏT
-
Rutte Ankarada “32 ölkənin aktivlərini bir araya gətiririk”
Bugün, 16:42 DÜNYA
-
Əhalinin siyahıyaalınması keçiriləcək - FƏRMAN İMZALANDI
Bugün, 16:31 GÜNDƏM
-
ƏRDOĞAN TRAMPI BELƏ QARŞILADI – VİDEO, FOTOLAR
Bugün, 16:26 GÜNDƏM
-
Prezident İlham Əliyev dövlət büdcəsinin icrasını təsdiqləyib
Bugün, 16:21 GÜNDƏM
-
Bu şəxsləri işə götürənlər 3 min manatadək cərimələnəcək - Prezident dəyişikliyi təsdiqlədi
Bugün, 16:08 GÜNDƏM
-
Azərbaycan "Metrik Konvensiya"sına qoşulub
Bugün, 16:00 GÜNDƏM
-
Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddəti: uzatma elektronlaşdırılacaq, rüsum tutulmayacaq
Bugün, 15:33 GÜNDƏM
-
Vilayət Eyvazov cənub zonasında vətəndaş qəbulu və sıra baxışı keçirib - VİDEO
Bugün, 15:13 CƏMİYYƏT
-
Rəsmi Moskva: “Ankarada keçirilən NATO Sammitini diqqətlə izləyirik”
Bugün, 13:54 DÜNYA
-
İnternet informasiya ehtiyatlarının sahiblərinin üzərinə yeni öhdəlik qoyulacaq
Bugün, 13:51 PRESS
-
Milli Məclisin növbəti iclasının vaxtı bəlli oldu
Bugün, 13:50 SİYASƏT
-
Gömrük Məcəlləsində dəyişiklik edildi
Bugün, 13:20 İQTİSADİYYAT
-
"Dövlət satınalmaları haqqında" qanun dəyişir
Bugün, 13:04 İQTİSADİYYAT
-
Xəzərdə 16 yaşlı uşaq boğulub
Bugün, 12:57 CƏMİYYƏT
-
Deputatlar müəllimlərin geyimi ilə bağlı yeni qanuna "hə" dedi
Bugün, 12:55 GÜNDƏM
-
Sabah yağış yağacaq
Bugün, 12:44 CƏMİYYƏT
-
Bakı–Tbilisi–Bakı qatarı: vaqonların sayı artırılır
Bugün, 12:36 CƏMİYYƏT
-
"Kraudfandinq haqqında" qanun layihəsi I oxunuşda qəbul olundu - Detallar
Bugün, 12:19 İQTİSADİYYAT
-
Kassada bilet yoxdur, təyyarə isə boş uçur - AZAL-ın Naxçıvan reysindən ŞOK GÖRÜNTÜLƏR
Bugün, 12:13 CƏMİYYƏT
-
AK Partiyadan iki istefa oldu
Bugün, 12:00 SİYASƏT
-
Argentinalı futbolçu: "Misir matçı çox çətin olacaq"
Bugün, 11:48 İDMAN
-
Xocavənd şəhərinə növbəti köç olub
Bugün, 11:35 GÜNDƏM