Daha bir qanun dəyişir - Detallar
GÜNDƏM
Bugün, 11:47
Milli Məclis böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddətinin artırılması təklifini üçüncü oxunuşda qəbul edib.
Mia.az xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Dəyişiklik layihəsinə görə, bu Məcəllənin 38-ci maddəsinə uyğun olaraq cinayət təqibinin həyata keçirilməsi üçün səbəb və əsasların olması qənaətinə gəldikdə və bu Məcəllənin 293-1-ci maddəsində nəzərdə tutulmuş hallar olmadıqda, yazılı məlumata və ya şifahi məlumatın qəbul edilməsi barədə protokola dərkənar qoymaqla məlumatın daxil olduğu vaxtdan 48 saatdan (hazırda 24 saat) gec olmayaraq cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılacaq.
Bundan başqa, artıq məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumatın təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora daxil olduğu vaxtdan 10 gün müddətində deyil, 30 gün müddətində aparılacaq.
Qanun layihəsinə əsasən, Məcəllənin bəzi maddələrində "şikayət" sözü "məlumat" sözü ilə əvəz edilir. Bu dəyişiklik bəzi hallarda məlumat verən şəxsin niyyətinin şikayət etmək deyil, sadəcə baş vermiş cinayət hadisəsi barədə səlahiyyətli orqanları məlumatlandırmaqdan ibarət ola bilməsi ilə əlaqədardır.
Eyni zamanda sənəddə hüquqi şəxslər tərəfindən də cinayət hadisəsi barədə məlumat verilməsinin mümkünlüyü nəzərə alınaraq böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı məlumatda və ya şifahi məlumatın qəbul edilməsi barədə protokolda, həmçinin məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda hüquqi şəxsin adı, olduğu yer və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin göstərilməsi ilə bağlı müvafiq dəyişiklik nəzərdə tutulur.
Sənəd müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İstanbulda daha bir bələdiyyədə əməliyyat: 13 nəfər həbs edildi
Bugün, 13:54 KRİMİNAL
-
Azərbaycan və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub
Bugün, 13:25 SİYASƏT
-
Onlayn qumar oynayanları ağır cəzalar gözləyir - Yeni qanun
Bugün, 13:15 CƏMİYYƏT
-
MEK-in 100 illik fəaliyyətinə həsr olunmuş yeni monoqrafiya nəşr edilib
Bugün, 13:08 PRESS
-
Gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısı genişləndirilir
Bugün, 12:53 İQTİSADİYYAT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:45 GÜNDƏM
-
Hesablama Palatasına əlavə səlahiyyətlər verildi
Bugün, 12:38 İQTİSADİYYAT
-
"Bəzi kriminal dairələr ailələrin çarəsizliyini istismar edir, itkin düşən şəxslərin taleyini siyasi şantaj vasitəsinə, gəlirli biznesə çevirirdilər" - Zahid Oruc
Bugün, 12:35 SİYASƏT
-
Mülkiyyət hüququnun bərpası... Ali Məhkəmə qərar qəbul edib
Bugün, 12:35 CƏMİYYƏT
-
Maariflən, dəstək al, inteqrasiya ol” layihəsi: İnsan alveri risklərinə qarşı kompleks dəstək tədbirləri həyata keçirilir
Bugün, 12:33 CƏMİYYƏT
-
CHP parçalanmaya doğru – “Əgər “işğal”a son qoyulmasa, millətimizi seçimsiz qoymayacağıq”
Bugün, 12:18 SİYASƏT
-
MHP lideri: “NATO Türkiyə üçün "itaət mərkəzi" deyil”
Bugün, 12:09 DÜNYA
-
Maliyyə naziri: "Səhiyyənin profilaktik və erkən diaqnostika funksiyaları gücləndiriləcək"
Bugün, 12:01 İQTİSADİYYAT
-
Keçmiş məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklik olunub
Bugün, 11:55 GÜNDƏM
-
Sahil Babayev MM-də: "Kənd təsərrüfatı sektoruna əlavə 2 milyard xərclənəcək"
Bugün, 11:50 İQTİSADİYYAT
-
Üzərinə həbs qoyulan əmlaklar... - Yeni qanun qəbul edildi
Bugün, 11:48 CƏMİYYƏT
-
Daha bir qanun dəyişir - Detallar
Bugün, 11:47 GÜNDƏM
-
Deputatlar sosial mediada qadağalara "hə" dedi - Kimlərə nə qədər cətimə gözləyir?
Bugün, 11:34 PRESS
-
Nazir: "Sertifikatlaşdırma imtahanları çətin olmayıb"
Bugün, 11:26 GÜNDƏM
-
"Azərbaycan Mədəniyyət Səfirləri" Assosiasiyası təsis olunub - FOTOLAR
Bugün, 11:14 MƏDƏNİYYƏT
-
Deputatlar "Metrik Konvensiya"ya qoşulmasını ratifikasiya edib
Bugün, 11:09 GÜNDƏM
-
DEPUTATLAR BU TARİXDƏ TOPLANIB: hansı qanunlar dəyişir? - SİYAHI
Bugün, 11:02 GÜNDƏM
-
"Tamștatlı müəllimlər sertifikasiya olunmayacaq" - Emin Əmrullayev
Bugün, 11:00 CƏMİYYƏT
-
Deputatlar nə vaxt tətilə çıxır?
Bugün, 10:58 SİYASƏT
-
Sabiq nazirdən müzakirəyə səbəb verən görüş haqda maraqlı açıqlama: “Görüşdükdə “nemetskiy şot” olur"
Bugün, 10:48 SİYASƏT
-
DTX generalı: "Bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailələrinə təhvil veriləcək"
Bugün, 10:45 GÜNDƏM
-
Fransa yığmasında itki - Kante İsveçlə oyunda olmayacaq
Bugün, 10:33 İDMAN
-
DTX rəisinin müavini: "Aşkarlanan 32 kütləvi məzarlıqdan 893 insan qalıqları tapılıb"
Bugün, 10:29 SİYASƏT
-
Türkiyədə daha bir bələdiyyə sədri tutulub
Bugün, 10:22 DÜNYA
-
İstanbulda İŞİD-çilərə qarşı əməliyyat: 39 nəfər saxlanılıb
Bugün, 10:11 DÜNYA
-
Bakıda daha bir beynəlxalq konfrans... - Rəsmilər tədbirdə...
Bugün, 10:04 SİYASƏT
-
"Türk Dünyası Həftəsi" ikinci gündə işini davam etdirir
Bugün, 10:01 GÜNDƏM
-
İyulun 13-dən tələbələrin yerdəyişməsi prosesi başlayır
Bugün, 09:57 CƏMİYYƏT
-
“WhatsApp”da daha bir yenilik - Telefon nömrəsinə ehtiyac olmayacaq!
Bugün, 09:49 PRESS