Türkiyədə məsciddə şok olay - İmam qaçdı, iki nəfər öldürüldü

Türkiyədə məsciddə şok olay - İmam qaçdı, iki nəfər öldürüldü

KRİMİNAL

Bugün, 08:39

Türkiyənin Kayseri şəhərində sensasion hadisə baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, axşam namazından əvvəl məscidə bıçaqla girən şəxs iki nəfəri öldürüb.

Məlumata görə, qatil əslində, məscidə imamı öldürmək üçün gəlib: “Lakin imam onu görən kimi qaçdığı üçün o, camaata hücum edib”.

Kayseri polisindən bidlirilib ki, hadisə Kocasinan rayonunun Saraycık məhəlləsindəki Saraycık məscidində yaşanıb. Məlumata görə, M.A. ad-soyadlı şəxs Musa və Zübeyiri bıçaqlaraq öldürüb: “Hər iki şəxs hadisə yerindəcə ölüblər. Qatil saxlanılıb”.

Xəbərdə onun imamı niyə öldürmək istədiyi isə açıqlanmayıb.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR