DÇ-2026: Türkiyə evə döndü, Paraqvay isə...

DÇ-2026: Türkiyə evə döndü, Paraqvay isə...

İDMAN

Bugün, 09:07

Bu gün DÇ-2026-nın D qrupunda Türkiyə yığması son tur oyununda qrupdakı vəziyyət baxımından əhəmiyyət daşımayan matçda ABŞ-a qalib gəlib.

Mia.az xəbər verir ki, oyun türklərn 3-2 hesablı qələbəsiylə başa çatıb.

Türkiyə yığmasının qollarını 10-cu dəqiqədə Arda Güler, 31-də Barış Alper Yılmaz , 90+8-də isə Kaan Ayhan vurub.

ABŞ yığmasında 3-cü dəqiqədə Oston Trasti, 49-cu dəqiqədə isə Sebastyan Berhalter fərqlənib.

Qeyd edək ki, ABŞ 6 xalla qrupu birinci sırada başa vurub. Komanda pley-off mərhələsində Bosniya və Herseqovina ilə gücünü sınayacaq.

Türkiyə isə qrup sonuncusu kimi turnirlə vidalaşıb.

Yeri gəlmişkən, qrupun digər oyunu Paraqvayla Avstraliya arasında olub. Bu oyunda hesab açılmayıb - 0:0.

Bu nəticənin ardından Avstraliya pley-off mərhələsinə vəsiqə qazanıb.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR