Baş nazirdən Ukrayna ilə bağlı açıqlama: “Bizi vacib qərarlar və hadisələr gözləyir”

Baş nazirdən Ukrayna ilə bağlı açıqlama: “Bizi vacib qərarlar və hadisələr gözləyir”  

GÜNDƏM

Bugün, 00:27

“Bugünkü görüşün əsas mövzularından biri olan Ukraynadakı müharibə olub. Ukraynada ədalətli və daimi sülhə sadiq olduğumuzu bir daha təkrarlayırıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İtaliya Baş naziri Giorgia Meloni Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Polşadan ibarət E5 ölkələrinin liderlərinin Berlində keçirilən sammitindən sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ukraynaya sülhn üçün ciddi təhlükəsizlik zəmanətləri verilməlidir: “Lakin, ədalətli və davamlı sülh mümkün olana qədər Kiyevi dəstəkləməyə davam etməsək, heç nə mümkün deyil. Biz bu gün mühüm və böyük qərarlar ərəfəsindəyik. Bizi vacib qərarlar və hadisələr gözləyir. İtaliya, həmişə olduğu kimi, bu qərarlara öz töhfəsini verəcək".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR