DÇ-2026: Niderland millisi İsveçi darmadağın edib

DÇ-2026: Niderland millisi  İsveçi darmadağın edib

İDMAN

20.06.2026, 23:05

Bu gün  DÇ-2026-nın F qrupunda Niderland millisi  İsveçi darmadağın edib.

Mia.az xəbər verir ki, Hyuston stadionunda keçirilən oyunda hollandlar 5-1 hesabıyla qalib gəlib.

Qolları Brayan Brobbi 5, 17-ci dəqiqədə və Kodi Qakpo 47, 54-ci dəqiqədə və Krisensio Sammervill 89-cu dəqiqədə vurub. İsveçin yeganə qoluna isə 59-cu dəqiqədə Entoni Elanqa imza atıb.

Beləliklə, Niderland qrupda 4 xalla ilk pilləyə yüksəlib.

İsveçin isə 3 xalı var.

Yaponiya bir oyuna 1 xal, Tunis isə xalsızdır.

 Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR