ABŞ-İsrail arasında gərginlik böyüyür - "Heç kim bizə nə etməli olduğumuzu deyə bilməz"  

ABŞ-İsrail arasında gərginlik böyüyür - \"Heç kim bizə nə etməli olduğumuzu deyə bilməz\"  

DÜNYA

Bugün, 17:16

"Heç kim bizə nə etməli olduğumuzu deyə bilməz. Biz bunu sübut etdik. Əgər İran bizə hücum edərsə, dərhal hərəkətə keçəcək və güclə cavab verəcəyik”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrail Müdafiə naziri İsrail Katz ABŞ və İran arasında imzalanan müqavilə və burada Lvanla bağlı şərtə münasibətdə deyib.

Nazir bildirib ki, İsrail ordusu bu gün də Livana zərbə endirib, sabah da buna davam edəcək: “İsrail dövlətinə haradan təhlükə yaranarsa, dərhal da cavabımz olacaq. Heç bir dövlətə də İsrailə şərt qoya bilməz. Livan, Suriya və Qəzza zolağından da geri çəkilməyəcəyik. Əgər İran da bizə hücum edərsə, dərhal hərəkətə keçəcək, çox güclə cavab verəcəyik".

Katz daha sonra bildirib ki, onlar heç vaxt ABŞ-dan İsrailin Livan, Suriya və Qəzza zolağına hücumlarında dəstək istəməyiblər: "Biz bunu təkbaşına edirik. ABŞ-dan düşmənlərimizə qarşı yalnız diplomatik çətir olmasını gözləyirdik və hələ də gözləyirik."

E.ARAZ

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR