ABŞ vitse-prezidenti İsrailə “təpindi”: "Tel-Əviv hökumətində olsaydım..."

ABŞ vitse-prezidenti İsrailə “təpindi”: \"Tel-Əviv hökumətində olsaydım...\"

DÜNYA

Bugün, 16:39

“ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian arasında imzalanan anlaşma memorandumundan sonra iki ölkə arasındakı münasibətlərdə "ikinci mərhələ" adlandırılan 60 günlük proses başlayıb”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.

O bildirib ki, artıq iki ölkə arasındakı münasibətlərdə yeni bir dövr açılır: “İndi texniki detallar və prosesin diplomatik cədvəli aydınlaşmağa başlayır”.

ABŞ vitse-prezidenti İsrailin bu anlaşmaya qarşı çıxmasını da qəbuuledilməz sayıb. O, İsrail hökumətinə xəbərdarlıq edib və bildirib ki, İsraili qoruyan silahların böyük bir hissəsi Amerika vergi ödəyicilərinin pulları ilə maliyyələşir: “Mən İsrail hökumətində olsaydım, dünyadakı yeganə müttəfiqimə hücum etməzdim".

Vens İsrailin Livana hücumu zamanı mülki şəxslərin həlak olmasını da qəbuledilməz sayıb.

E.ARAZ

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR