03-10-2014 [23:20]
Bu barədə "Azərbaycanın kriminal həyatı” adlı səhifədə şikayət yerləşdirilib.
Zərərçəkmiş tərəfin vəkili Səbuhi Axundovun verdiyi məlumata görə, bu il iyulun 19-da Fərid Fərhad oğlu Hümbətov Sumqayıt şəhəri 6-cı mkr dairəsinin yaxınlığında Heydər Əliyev parkının kənarındakı piyadalar üçün nəzərdə tutulmuş səkidə, Sərxanov Emin Məhəmməd oğlu idarə etdiyi, Nəqliyyat Nazirliyinə məxsus 10-NT-695 dövlət qeydiyyat nişanlı "Samand” markalı maşınla vurulub. Yüksək sürətlə vurulan F.Hümbətov dünyasını dəyişib. Sonradan məlum olub ki, qəzanı törədən E.Sərxanov NN-nin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 1 saylı Yolların Mühafizəsi İdarəsinin rəis müavini Məhəmməd Sərxanovun oğludur.
Hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, hazırda istintaq davam edir. Mərhum F.Hümbətovun anası istintaqın 02.08.2014-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınıb. Qəzadan sonra təqsirkar tərəfin məmur atası və digər vəzifəli qohumları mərhumun anasını ələ alaraq hadisəni törətmiş E.Sərxanovun əməlini ört-basdır eləməyə çalışıblar. Mərhumun anası buna razı olmadıqda təqsirkar tərəf başqa üsullara əl atmağa başlayıb.
Vəzifəsinə və puluna güvənərək mərhum F.Hümbətovun qanını ortalıqda batırmaq və oğlunun cəzadan qurtarmaq üçün təqsirkarın atası M.Sərxanov zərərçəkmişlərə "Mənim imkanım da çatır, oğluma 2-il iş alıb evimdə otuzduracam” deyib. Bundan sonra hansısa səbəbdən cinayət işi istintaq şöbəsinin rəis müavini Fizuli Əhmədovdan alınaraq digər müstəntiq Abbas Bağırova verilir.
Cinayət baş verən gündən 3 ay sonra mərhumun heç vaxt atalığını görmədiyi, nikahlarına 2007-ci ildə xitam verilmiş, aliment belə ödəməkdən boyun qaçırmış və nəhayət mərhumun anasını döydüyünə görə 17.03.2008-ci il tarixdə Sumqayıt Şəhər məhkəməsi tərəfindən Cinayət Məcələsinin 132-ci maddəsilə təqsirli bilinərək məhkum olunmuş atası Fərhad Hümbətov istintaqa ərizə ilə müraciət edərək zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmasını tələb edib. Bunun heç də illərdir boşandığı arvadını himayəsində olan uşaqlardan xəbəri olmayan atanın istəyi olmadığını, sadəcə hadisəni törədən məmur oğlunun məhsuliyyətdən azad olunmasına göz yumacaq fiiqur kimi M.Sərxanovun məkirli niyyəti olduğunu yaxşı anlayırıq. Bu gün istintaq zərərçəkmişin hüquqi varisi kimi tanınmağa haqqı belə olmayan insanın ərizəsini qəbul edərək, işi məhkəməyə göndərməklə göz yaşı içində boğulan ananı, illərdir balasına bir qəpik də aliment ödəməyən atanın qarşısına çıxarmaqla bu olayda təqsirlinin sözünü deyəcək fiqur formalaşdırır. Məlum məsələdir ki, atanın zərərçəkmişin hüquqi varisi kimi tanıdıb, sonra "barışdıq şikayətim yoxdu” dedirtməklə oğlunu sığortalağı planlayan məmur qanunun aliliyini unudub.
Mərhumun anası ölkə başçısına, Baş Prokurora və DİN-nin istintaq idarəsinin vəzifəlilərinə haray çəkir:
"Bir yoxsulun qanını batırmaq prosesi gedir. Kömək edin! Qoymayın vəzifəsindən, pulundan, əlaqələrindən istifadə etməklə bir yoxsulun 17 il əl qabarı ilə böyütdüyü uşağının qanını batırsınlar.
İllərdir alimenti ödəmək üçün İcra məmurlarının belə tapa bilmədiyi atanı tapıb hüquqi varis olmağa hansı maraq və kimlər gətirib?! Bu cür çirkin oyunlardan istiifadə edən məmura dur deyin!!! Törətdiyi əmələ görə dediyi kimi 4 il məntəqə tipli alıb evdə oturacaqsa bu biçarə ananın ahını kim yeyecək?!”(qafqazinfo.az)
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL