"Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi" təsdiqlənib
GÜNDƏM
09.06.2026, 17:59
Nazirlər Kabineti "Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi"ni təsdiqləyib.
Mia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Energetika Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə birlikdə Enerji effektivliyi informasiya sistemində formalaşan açıq məlumatların "Açıq məlumatlar" portalına ötürülməsini, bu mümkün olmadığı halda daxil edilməsini və həmin məlumatların mütəmadi olaraq yenilənməsini təmin etməlidir.
RİNN isə Əsasnamədə qeyd edilən ötürülən məlumatların ilkin mənbəyini formalaşdıran dövlət qurumları və təşkilatları ilə birlikdə həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etməli, bu barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verməlidir.
Əsasnamə "Enerji effektivliyi informasiya sistemi"nin (EEİS) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
EEİS-in sahibi və operatoru funksiyalarını Energetika Nazirliyi həyata keçirir.
EEİS-in formalaşdırılmasının məqsədi dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.
EEİS-də yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər dövlət mülkiyyətidir.
Fərdi məlumatların EEİS-də toplanılmasının və işlənilməsinin məqsədi Əsasnamədə qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların EEİS-də toplanılması, işlənilməsi və mühafizəsi "Fərdi məlumatlar haqqında" qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.
EEİS ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin
formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nda qeyd edilən prinsiplər əsasında formalaşdırılır və
fəaliyyət göstərir.
Əsasnamə əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.
Əsasnamədə istifadə olunan anlayışlar "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda,
Qaydalarda, həmçinin digər normativ hüquqi aktlarda müəyyən edilmiş mənaları ifadə edir.
EEİS-in fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi, habelə saxlanması ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib - FOTOLAR (Yenilənib)
Bugün, 11:32 GÜNDƏM
-
Milli Depozit Mərkəzində yeni təyinat oldu
Bugün, 11:07 İQTİSADİYYAT
-
Arıqlama məhsullarının tərkibində təhlükəli maddələr aşkarlanıb
Bugün, 10:43 CƏMİYYƏT
-
Zelenski həmyerlimizlə bağlı sərəncam imzaladı
Bugün, 10:32 SİYASƏT
-
Türkiyədə daha bir sərnişin avtobusu aşdı: 24 yaralı
Bugün, 10:31 KRİMİNAL
-
YENİ BİNLARADA KV.METR FIRILDAĞI... - Ali Məhkəmə mübahisəli vəziyyətlə bağlı izahat yaydı
Bugün, 10:02 GÜNDƏM
-
Azərbaycan nefti daha 2 dollar bahalaşdı - Qara qızıl neçəyədir?
Bugün, 09:59 İQTİSADİYYAT
-
İran ordusu Amerikanın bölgədəki bazalarına zərbə endirib
Bugün, 09:54 DÜNYA
-
Xankəndidə bitişik bir neçə ev yanıb
Bugün, 09:50 CƏMİYYƏT
-
“İraqa getməyin” – ABŞ-dan vətəndaşlarına xəbərdarlıq
Bugün, 09:32 DÜNYA
-
“İran ABŞ-Ia danışıqları davam etdirir və…” – "Tramp buna sakit yanaşmayacaq”
Bugün, 09:24 GÜNDƏM
-
Hava limanı, körpülər… - ABŞ İranda mülki obyektləri vurub
Bugün, 09:16 GÜNDƏM
-
Özgür Özəlin Yeni Partiyası… - 24 il sonra Türkiyədə bir ilk yaşana bilər
Bugün, 09:02 SİYASƏT
-
TV RƏHBƏRİ SAXLANLDI - Məşhur yutuber dələduzluqda ittiham olunur
Bugün, 08:48 PRESS
-
Türkiyədə yenə zəlzələ oldu
Bugün, 00:29 GÜNDƏM
-
Rəsmi Tehrandan daha bir bəyanat: “Diplomatiyaya bir daha xəyanət etdilər”
Bugün, 00:17 GÜNDƏM
-
Qətər XİN İranla bağlı yayılan xəbəri təkzib edir
Bugün, 00:11 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
ABŞ ordusu İrana növbəti hücuma start verdi – Güclü partlayışlar baş verir
16.07.2026, 23:18 GÜNDƏM
-
Zelenski Hakan Fidana orden verdi – FOTOLAR
16.07.2026, 22:53 SİYASƏT
-
Konfrans Liqası: "Zirə" Gürcüstanda "Torpedo"ya qalib gəldi (YENİLƏNİB)
16.07.2026, 21:20 İDMAN
-
Odessada Azərbaycan vətəndaşlarının olduğu gəmiyə hücum... - Kapitanın meyiti tapıldı (Yenilənib)
16.07.2026, 20:42 GÜNDƏM
-
“Qarabağ” klubu kasıblayıb? - Telekanaldan fantastik məbləğ istəyirlər (AÇIQLAMA)
16.07.2026, 19:16 PRESS
-
"Siz həqiqətən də Sülh İnsanısınız" - Prezident İlham Əliyevdən Donald Trampa mesaj
16.07.2026, 18:37 GÜNDƏM
-
Haluk Levent və “Ahbar”ın rəhbər şəxslərinin əmlaklarına həbs qoyuldu
16.07.2026, 18:24 GÜNDƏM
-
Nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırıldı
16.07.2026, 18:03 CƏMİYYƏT
-
Qadınları şantaj edən şəxslər saxlanıldı - Polis əməliyyatı
16.07.2026, 17:52 KRİMİNAL
-
Bakı Şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
16.07.2026, 17:28 CƏMİYYƏT
-
Deputat Kəmaləddin Qafarov Naxçıvana "ayaq açdı" - 5 milyonluq tenderdə qalib oldu
16.07.2026, 17:12 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
16.07.2026, 17:00 İQTİSADİYYAT
-
Mənzil kirayəsi: müqaviləsiz hansı risklər var?
16.07.2026, 16:47 CƏMİYYƏT
-
Xarici ölkədə verilən elmi adlar... - AAK 9 nəfərin dərəcəsini tanımayıb
16.07.2026, 16:43 CƏMİYYƏT
-
İsrail Livanın cənubunu bombalayıb, əkin sahələri və evlər yandırılb
16.07.2026, 16:27 DÜNYA
-
Əməkdar jurnalist komaya düşüb
16.07.2026, 16:16 PRESS