Ərdoğan: “Türkiyə başqalarının ssenarilərində rol alan ölkə deyil”
GÜNDƏM
09.06.2026, 16:07
“Bir millət olaraq, əsrlər boyu strateji cəhətdən əhəmiyyətli və çətin bir coğrafiyada mövcud olmuşuq. Prezident gerbimizdə təmsil olunan 16 dövlətin 2200 ildən çox tarixi var. Əcdadlarımız atlarına minib Avropadan Orta Asiyaya, Qafqazdan Afrikanın dərinliklərinə qədər uzanan geniş bir coğrafiyada dövlətlər qurmuşlar. Söğütdə böyüyən və çiçəklənən Osmanlı ağacı 600 ildən çox müddət ərzində bayrağımızı üç qitədə və yeddi iqlimdə qürurla dalğalandırmışdır. Osmanlı İmperiyasının gücü azaldıqda, gənc Cümhuriyyətimiz onun yerini tutdu. Həmişə dediyimiz kimi, Türkiyə Cümhuriyyəti bu torpaqlarda qurduğumuz ilk deyil, sonuncu dövlətdir. Bunu xüsusilə ona görə deyirəm ki, qurduğumuz dövlətlərin adları və hökmdarları zamanla dəyişsə də, əbədi ənənələri həmişə qalmışdır”.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Ərdoğan Milli Təhlükəsizlik Konfranslarının Açılış Mərasimində çıxış edib.
O bildirib ki, tarixboyu Türkiyə bir çox çətinliklərlə üzləşib, çox xəyanətlərə məruz qalıb: “Amma hər dəfə küllərimizdən yenidən dirildik. Bu günə qədər vətənimizin yaşamasını, dövlətimizin təhlükəsizliyi, müstəqilliyi və gələcəyinini öz gücümüzə güvənmişik. Milli Mübarizəni bu anlayışla apardıq. Respublikamızı bu anlayışla qurduq və demokratiyamıza qarşı hücumları da bu anlayışla dəf etdik. 40 ildən çoxdur ki, terrorizmə qarşı mübarizəmizi eyni anlayışla davam etdiririk. Bütün bunları edərkən tarixin və sevimli millətimizin qarşısında ağır bədəllər ödədik. Böyük mübarizələr apardıq və çox vacib nailiyyətlər əldə etdik. Xüsusilə 15 iyul xəyanətindən sonra, terrorizmi mənbəyində aradan qaldırmaq strategiyası ilə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə mühüm uğurlar qazandıq. Bunun sayəsində bütün terror təşkilatlarına qarşı çoxşaxəli mübarizə apararkən, cənub sərhədlərimiz boyunca sərhəd əməliyyatları ilə təhlükəsizlik xətti yaratdıq”.
Ərdoğanın sözlərinə görə, Türkiyə təhlükəsizlik paradiqmamızda yeni bir dövrə qədəm qoyub: “Türkiyə həm dostlarına, həm də düşmənlərinə başqalarının ssenarilərində rol təyin olunmuş bir ölkə deyil, əksinə öz hekayəsini yazan, öz gələcəyini formalaşdıran və bölgəsində oyun dəyişdiricisinə çevrilən bir oyunçu olduğunu nümayiş etdiribvə etdirəcək…”
Samir MUSAYEV
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Arıqlama məhsullarının tərkibində təhlükəli maddələr aşkarlanıb
Bugün, 10:43 CƏMİYYƏT
-
Zelenski həmyerlimizlə bağlı sərəncam imzaladı
Bugün, 10:32 SİYASƏT
-
Türkiyədə daha bir sərnişin avtobusu aşdı: 24 yaralı
Bugün, 10:31 KRİMİNAL
-
YENİ BİNLARADA KV.METR FIRILDAĞI... - Ali Məhkəmə mübahisəli vəziyyətlə bağlı izahat yaydı
Bugün, 10:02 GÜNDƏM
-
Azərbaycan nefti daha 2 dollar bahalaşdı - Qara qızıl neçəyədir?
Bugün, 09:59 İQTİSADİYYAT
-
İran ordusu Amerikanın bölgədəki bazalarına zərbə endirib
Bugün, 09:54 DÜNYA
-
Xankəndidə bitişik bir neçə ev yanıb
Bugün, 09:50 CƏMİYYƏT
-
“İraqa getməyin” – ABŞ-dan vətəndaşlarına xəbərdarlıq
Bugün, 09:32 DÜNYA
-
“İran ABŞ-Ia danışıqları davam etdirir və…” – "Tramp buna sakit yanaşmayacaq”
Bugün, 09:24 GÜNDƏM
-
Hava limanı, körpülər… - ABŞ İranda mülki obyektləri vurub
Bugün, 09:16 GÜNDƏM
-
Özgür Özəlin Yeni Partiyası… - 24 il sonra Türkiyədə bir ilk yaşana bilər
Bugün, 09:02 SİYASƏT
-
TV RƏHBƏRİ SAXLANLDI - Məşhur yutuber dələduzluqda ittiham olunur
Bugün, 08:48 PRESS
-
Türkiyədə yenə zəlzələ oldu
Bugün, 00:29 GÜNDƏM
-
Rəsmi Tehrandan daha bir bəyanat: “Diplomatiyaya bir daha xəyanət etdilər”
Bugün, 00:17 GÜNDƏM
-
Qətər XİN İranla bağlı yayılan xəbəri təkzib edir
Bugün, 00:11 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
ABŞ ordusu İrana növbəti hücuma start verdi – Güclü partlayışlar baş verir
16.07.2026, 23:18 GÜNDƏM
-
Zelenski Hakan Fidana orden verdi – FOTOLAR
16.07.2026, 22:53 SİYASƏT
-
Konfrans Liqası: "Zirə" Gürcüstanda "Torpedo"ya qalib gəldi (YENİLƏNİB)
16.07.2026, 21:20 İDMAN
-
Odessada Azərbaycan vətəndaşlarının olduğu gəmiyə hücum... - Kapitanın meyiti tapıldı (Yenilənib)
16.07.2026, 20:42 GÜNDƏM
-
“Qarabağ” klubu kasıblayıb? - Telekanaldan fantastik məbləğ istəyirlər (AÇIQLAMA)
16.07.2026, 19:16 PRESS
-
"Siz həqiqətən də Sülh İnsanısınız" - Prezident İlham Əliyevdən Donald Trampa mesaj
16.07.2026, 18:37 GÜNDƏM
-
Haluk Levent və “Ahbar”ın rəhbər şəxslərinin əmlaklarına həbs qoyuldu
16.07.2026, 18:24 GÜNDƏM
-
Nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırıldı
16.07.2026, 18:03 CƏMİYYƏT
-
Qadınları şantaj edən şəxslər saxlanıldı - Polis əməliyyatı
16.07.2026, 17:52 KRİMİNAL
-
Bakı Şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
16.07.2026, 17:28 CƏMİYYƏT
-
Deputat Kəmaləddin Qafarov Naxçıvana "ayaq açdı" - 5 milyonluq tenderdə qalib oldu
16.07.2026, 17:12 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
16.07.2026, 17:00 İQTİSADİYYAT
-
Mənzil kirayəsi: müqaviləsiz hansı risklər var?
16.07.2026, 16:47 CƏMİYYƏT
-
Xarici ölkədə verilən elmi adlar... - AAK 9 nəfərin dərəcəsini tanımayıb
16.07.2026, 16:43 CƏMİYYƏT
-
İsrail Livanın cənubunu bombalayıb, əkin sahələri və evlər yandırılb
16.07.2026, 16:27 DÜNYA
-
Əməkdar jurnalist komaya düşüb
16.07.2026, 16:16 PRESS
-
İstanbulda sorğu: hansı partiya öndədir? – SİYAHI
16.07.2026, 16:05 SİYASƏT
-
İran Küveytə dron hücumuna başlayıb
16.07.2026, 15:32 GÜNDƏM