Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib
GÜNDƏM
08.06.2026, 10:37
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə iyunun 4-də Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib.
Mia.az xəbər verir ki, artıq ölkənin kibertəhlükəsizlik sahəsində ən nüfuzlu platformalarından birinə çevrilən forumda kibertəhlükəsizlik ekosisteminin inkişafı, beynəlxalq əməkdaşlıq, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının təhlükəsizlik mühitinə təsiri və yerli innovativ həllərin inkişaf perspektivləri müzakirə olunub.
Forumun sərgi hissəsində isə tərəfdaş şirkətlər tərəfindən müasir kibertəhlükəsizlik həlləri nümayiş etdirilib.
Forumun rəsmi açılış mərasimində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov çıxış edərək, ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafı, dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi, insan kapitalının formalaşdırılması və beynəlxalq tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məlumat verib.
Açılış mərasimində çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin müavini Allahverən İsmayılov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Rasim Əliquliyev kibertəhlükəsizliyin milli təhlükəsizliyin mühüm tərkib hissəsi kimi strateji əhəmiyyətini vurğulayıblar.
Çıxışlarda rəqəmsal transformasiya şəraitində informasiya təhlükəsizliyinin təminolunması, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, elmi tədqiqatların və innovativ həllərin tətbiqinin genişləndirilməsi, eləcə də ölkənin kibermüdafiə potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub.
“Milli Kibertəhlükəsizlik Ekosistemi” adlı ilk sessiyada Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisinin müavini Tural Məmmədov, Moldova Kibertəhlükəsizlik Agentliyinin direktoru Mihai Lupașcu və “Huawei Technologies” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə baş kibertəhlükəsizlik və məxfilik direktoru Corey Deng çıxış edərək, milli kibertəhlükəsizlik strategiyaları, kritik infrastrukturun qorunması, kibercinayətkarlıqla mübarizə və beynəlxalq təcrübələr haqqında təqdimatlar ediblər.
Forum çərçivəsində Corey Deng Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Məşvərət Şurasına üzv təyin olunması münasibətilə AKTA-nın Fəxri Üzvlük Sertifikatı ilə təltif edilib.
Eyni zamanda, AKTA ilə “Huawei Technologies” arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum kibertəhlükəsizlik sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə, birgə təşəbbüslərin həyata keçirilməsinə və insan kapitalının inkişafına dəstək məqsədi daşıyır.
Forum çərçivəsində AKTA ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu da imzalanıb. Bundan əlavə, AKTA, Ukrayna Elmi Kibertəhlükəsizlik Assosiasiyası, Moldova Texniki Universiteti və Gürcüstan Elmi Kibertəhlükəsizlik Assosiasiyası arasında regional əməkdaşlığı gücləndirməyə yönəlmiş çoxtərəfli memorandumun imzalanması baş tutub. Sənəd kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsi, birgə layihələr və regional tərəfdaşlığın inkişafını nəzərdə tutur.
“Regional təcrübə və əməkdaşlıq” panelində Qazaxıstan, Türkiyə, Estoniya və Azərbaycanın aparıcı ekspertləri kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq, regional çağırışlar və perspektivlər ətrafında fikir mübadiləsi aparıblar.
Forumun yekun sessiyasında kiberdiaspor nümayəndələri beynəlxalq təcrübələrini iştirakçılarla bölüşüb, yerli kibertəhlükəsizlik məhsulları və innovativ startap layihələri təqdim olunub. Tədbir çərçivəsində, həmçinin interaktiv viktorina keçirilib və qaliblər mükafatlandırılıblar.
IV Milli Kibertəhlükəsizlik Forumu ölkədə kibertəhlükəsizlik sahəsində dövlət, özəl sektor, akademik mühit və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də yeni tərəfdaşlıqların formalaşdırılması baxımından mühüm platforma kimi öz missiyasını uğurla yerinə yetirib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var - FOTO
25.07.2026, 20:16 GÜNDƏM
-
Cavanşir Babalıoğlundan DREAM Fest-ə açıq müraciət: "Azərbaycan musiqisinin canlı əfsanələrinə də festivalda yer verilməlidir" - VİDEO
25.07.2026, 19:05 MƏDƏNİYYƏT
-
Gürcüstanda zəlzələ olub
25.07.2026, 18:28 GÜNDƏM
-
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? - AÇIQLAMA + VİDEO
25.07.2026, 17:34 CƏMİYYƏT
-
SPACE TV-nin İNDİKİ VƏ KEÇMİŞ RƏHBƏRLİYİ ARASNDA GƏRGİNLİK: hansı doğru danışır? - AÇIQLAMALAR
25.07.2026, 17:03 PRESS
-
Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub
25.07.2026, 16:57 DÜNYA
-
Bakı-Tbilisi qatarı yarıyolda qalıb -SƏBƏB
25.07.2026, 16:20 CƏMİYYƏT
-
Prezident Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədrini təltif etdi - SƏRƏNCAM
25.07.2026, 14:03 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
25.07.2026, 12:56 CƏMİYYƏT
-
“Aqrarkredit”lə bağlı qalmaqal: kimlər həbs edildi?
25.07.2026, 11:27 İQTİSADİYYAT
-
Jurnalistin övladı Böyük Britaniyanın qabaqcıl universitetində oxuyacaq - Dövlət hesabına...
25.07.2026, 10:46 CƏMİYYƏT
-
VI "Yüksəliş" müsabiqəsinin qalibləri mükafatlandırıldı
25.07.2026, 10:34 CƏMİYYƏT
-
Amerikalı ekspert Naxçıvanda: "Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə..." - MÜSAHİBƏ
25.07.2026, 09:19 SİYASƏT
-
Azərbaycan nefti 6 dollardan çox ucuzlaşdı
25.07.2026, 09:07 İQTİSADİYYAT
-
Zakir Həsənov: "Xəbər məni dərindən kədərləndirdi"
24.07.2026, 20:34 GÜNDƏM
-
“Space TV”nin bank hesablarına həbs qoyuldu: “Xalq Bank”a borc və... - TELEKANAL KİMİ İTTİHAM EDİR? (YENİLƏNİB)
24.07.2026, 20:24 PRESS
-
Mansur Yavaş kimi seçəcək? – “Onun bizə dəstəyi ilk gündən bəllidir”
24.07.2026, 19:50 SİYASƏT
-
Maliyyə İdarəsinin sabiq rəisi Regional Turizm İdarəsinə müdir təyin olundu
24.07.2026, 19:07 CƏMİYYƏT
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Bakıda ermənilərin məhkəməsi + FOTOLAR
24.07.2026, 18:55 GÜNDƏM
-
Livakoviç "Fənərbaxça"dan gedir
24.07.2026, 18:46 İDMAN
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - PA rəsmilərinin avqust ayı üzrə qəbul günləri + CƏDVƏL
24.07.2026, 18:10 GÜNDƏM
-
Vaxtı ötmüş içkilər...- FOTOLAR
24.07.2026, 17:57 İQTİSADİYYAT
-
TÜRKİYƏNİN YENİ SİYASİ TƏŞKİLATI: Özgür Özəl 91 deputatla partiyasını elan etdi (YENİLƏNİB)
24.07.2026, 17:50 GÜNDƏM
-
8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub
24.07.2026, 17:36 CƏMİYYƏT
-
Milli Məclis bəyanat yaydı - "ABŞ Konqresi..."
24.07.2026, 17:25 SİYASƏT
-
Deputat etiraz edən şəxsə təpik atdı, ortalıq qarışdı – FOTOLAR
24.07.2026, 17:09 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
24.07.2026, 17:02 İQTİSADİYYAT
-
Əhəd Abıyev Əli İnsanovu yumruqlayıb? - Sabiq icra başçısı barədə sensasion iddialar yayıldı
24.07.2026, 16:58 SİYASƏT
-
AAYDA-da daha 10 Yol İdarəsi ləğv olundu, direktorları işsiz qaldı - Yeni sədr Agentliyi "təmizləyir"
24.07.2026, 16:40 CƏMİYYƏT
-
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib
24.07.2026, 16:23 CƏMİYYƏT
-
Cənubi Koreyalı iş adamı keçmiş arvadına fantastik pul ödəyəcək - 644 milyon dollar
24.07.2026, 16:14 ŞOU-BİZNES
-
Banqladeş prezidenti istefa verib – Səhhətinə görə, yoxsa...?
24.07.2026, 15:58 DÜNYA
-
Prezident icbari tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqləyib
24.07.2026, 15:27 GÜNDƏM
-
İqtisadiyyat Nazirliyinin Əsasnaməsi dəyişdi - Prezident təsdiqlədi
24.07.2026, 15:13 GÜNDƏM