Paşinyanın qələbəsi, İlham Əliyevin müdrik və qətiyyətli diplomatiyası... - Zaur İbrahimlinin şərhi
SİYASƏT
08.06.2026, 10:17
"Ermənistanda tarixi 7 iyun parlament seçkilərinin Baş nazir Paşinyanın qələbəsi ilə başa çatması sülh gündəliyinin, sülh perspektivinin, bütün Cənubi Qafqazı əməkdaşlıq, açıq kommunikasiyalar coğrafiyasına transformasiyasını tamamlayacaq sülh təşəbbüslərinin qalibiyyətidir".
Mia.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Zaur İbrahimli deyib.
Zaur İbrahimlinin sözlərinə görə, Ermənistan Baş nazirinin “Vətəndaş müqaviləsi” Partiyasının qələbəsi, Rusiya tərəfdarlarının qələbə çala bilməməsi, erməni cəmiyyətinin revanşistləri dəstəkləməməsi ilk növbədə və başlıca olaraq Azərbaycanın sülh təşəbbüsləri, sülh diplomatiyası ilə formalaşan yeni reallığın, yeni tarixin, köhnə, müstəmləkəçi, forpost tarixi üzərində qələbəsidir:
"Bu, Azərbaycanın, onun rəhbəri Prezident İlham Əliyevin böyük qətiyyəti, mübarizəsi, dəyanəti, məharəti sayəsində reallaşan, real nəticə verən sülh diplomatiyasının uğurudur. Bu diplomatiya Ermənistanda müasir, çağdaş tarixində ilk dəfə olaraq optimal, yeganə mümkün doğru yolu açmağa imkan verdi. Erməni cəmiyyəti artıq ikinci dəfə sülh gündəliyinə, müharibə əleyhinə səs verdi, birinci dəfə 2021-ci il 20 iyun seçkilərində Baş nazir Paşinyan 54% səs aldı. Bu gün isə açıqlanann rəsmi məlumaa əsasən, hakim “Vətəndaş Müqaviləsi” Partiyası 49.81 faiz səslə qalib olub..."
Politoloqun fikrincə, Ermənistan cəmiyyəti bu seçimi etməklə revanşist ideyaları ən azı tarixin indiki mərhələsində aktual saymadığını nümayiş etdirdi:
"Baş nazir Paşinyan məhz fəal şəkildə sülh təşəbbüsləri ilə çıxış etməklə, cəsarətli şüarlar səsləndirəndən, Azərbaycanla, Türkiyə ilə kommunikasiyaların açılması təşəbbüsləri, ticarət başlanandan sonra onun elektoral dəstəyi sürətlə artmağa başladı. Erməni cəmiyyəti bu təşəbbüslərə, şüarlara, sülhə səs verdi. Bu düşüncə dəyişikliyi əsasən Azərbaycanın sülh diplomatiyası ilə möhkəmləndi, Azərbaycan Prezidentinin irəli sürdüyü təkliflərlə başlayan sülh gündəliyi uzun müddət davam edən güclü müqavimətdən sonra yeganə real doğru seçim kimi ilk olaraq erməni elitası tərəfindən, daha sonra isə cəmiyyət tərəfindən qəbul edildi, dərk olundu. Üç il əvvəl isə indiki hakim komanda tam fərqli mövqedən çıxış edirdi, ABŞ fərqli prizmadan yanaşırdı, Brüssel, Aİ ayrıcı xətlər çəkirdi. Yaxın keçmişə baxanda Azərbaycanın, Prezident İlham Əliyevin sülh uğrunda necə əzmlə mübarizə aparıdığı daha aydın görünür. Bütün təzyiqlərə, vədlərə baxmayaraq Azərbaycan rəhbərliyi real, dayanıqlı sülh perspektivini güzəştə, getmədi, sülh gündəliyini qorudu. Bu gün Paşinyan məhz Azərbaycanın qoruduğu, İrəli apardığı sülh gündəliyi ilə qalib gəlir. Əlbətdə zərərin yarısından qayıtmaq da xeyirdir, erməni cəmiyyəti sülhü seçməklə ilk növbədə öz müstəqil dövlətçiliyini qorumağı seçdi, vassal taleyindən imtina etdi. “Prioritet” Sosial iqtisadi Araşdırmalar Mərkəzi İB öz təhlillərində erməni cəmiyyətinin sülhü seçəcəyini, ən azı tarixin indiki mərhələsində bir daha vassallığa qayıtmaq istəməyəcəyini arqumentlərlə əsaslandırırdı və bildirirdi ki, seçkilərin nəticələri pozitiv dalğa yarada bilər. Azərbaycanın əsas gözləntisi seçkilərdən dərhal sonra Ermənistan rəhbərliyinin Qarabağ separatçılarının, bu cinayətkarların bütün tör-töküntülərinin rəsmi olaraq təmizlənməsidir. Xarici nümayəndəliklər bağlanmalıdır, bütün maliyyələşdirmə, dəstək göstərilməsi dayandırılmalıdır. Ermənistan hökumətinə məxsus bütün növ əmlak geri alınmalıdır, diasporaya açıq mesaj verilməlidir ki, Qarabağ separatçılarının, bu cinayətkarların tör-töküntülərinin hansısa formada dəstəklənməsi dövlətə, hakimiyyətə qarşı addım kimi qiymətləndiriləcək və adekvat reaksiya veriləcək. Bu, həmçinin erməni cəmiyyətinin real olara yeni tarixi səhfə açmaqda qərarlı olmasının bariz əlaməti olacaq.
Əhməd
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dövlət Baxçalı millinin futbolçusunu qəbul etdi
Bugün, 20:43 İDMAN
-
Vüqar Rəhimzadə: "Azərbaycan ilə Slovakiya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"
Bugün, 20:24 SİYASƏT
-
"Yelobank"ın sahibi bir ölkədə "qara zolaq"dan çıxarıldı
Bugün, 20:16 İQTİSADİYYAT
-
Zəngəzur dəhlizinə rus rəhbərlik edəcək: o, kimdir? - ABŞ-dan elə xəbər gəldi ki...
Bugün, 20:14 SİYASƏT
-
Xəzər dənizində daha bir nəfər boğulub
Bugün, 19:01 CƏMİYYƏT
-
Dəniz Baykalın həyat yoldaşı dünyasını dəyişib
Bugün, 18:55 DÜNYA
-
Türkiyədə nəhəng ətyeyən çəyirtkələr peyda olub – FOTO
Bugün, 18:22 DÜNYA
-
Slovakiya prezidentinin Azərbaycana səfəri başa çatıb
Bugün, 18:13 GÜNDƏM
-
Lənkəranın icra başçısına müavin təyinatı olub
Bugün, 17:59 CƏMİYYƏT
-
Rəsmi Tehrandan ABŞ-ın son hücumu ilə bağlı açıqlama: “30-dan çox mülki şəxs həlak olub”
Bugün, 17:48 DÜNYA
-
Aktyor Taleh Yüzbəyovun qalmaqallı reklamı və... - "Məni qınayanlara isə demək istəyirəm ki..."
Bugün, 17:45 MƏDƏNİYYƏT
-
Samux rayonunda kütləvi zəhərlənmə olub
Bugün, 17:38 CƏMİYYƏT
-
Ceyhun Bayramov Lavrovla görüşəcək
Bugün, 17:28 SİYASƏT
-
Prokurorluğa əlavə səlahiyyət verildi - FƏRMAN
Bugün, 17:26 GÜNDƏM
-
Cavid Qurbanov qalmaqallı ittihamlarla vəzifədən çıxarılan nazir müavininə yüksək vəzifə verdi
Bugün, 17:11 İDMAN
-
"Aşsüzən media” və ya AZAL-ın dərəbəyliyi... - ELXAN ŞÜKÜRLÜ YAZIR
Bugün, 17:09 YAZARLAR
-
Agentlikdə departament direktoru təyinatı oldu
Bugün, 17:09 GÜNDƏM
-
“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı
Bugün, 17:06 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 GÜNDƏM
-
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Bugün, 16:56 CƏMİYYƏT
-
Tramp Ukrayna münaqişəsinin prezidentlik müddətinin sonunadək başa çatacağına ümid edir
Bugün, 16:25 DÜNYA
-
"Biletimizi başqalarına satıblar" - Naxçıvana uçmaq istəyən sərnişinlər AZAL-dakı özbaşınalıqdan narazıdır + VİDEO
Bugün, 16:22 İQTİSADİYYAT
-
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib - FƏRMAN
Bugün, 16:17 GÜNDƏM
-
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb - FƏRMAN
Bugün, 16:08 MƏDƏNİYYƏT
-
Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib - SƏRƏNCAM
Bugün, 16:07 GÜNDƏM
-
İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırılıb
Bugün, 16:05 GÜNDƏM
-
Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bugün, 15:59 CƏMİYYƏT
-
Zelenski: Ukrayna ildə 10 milyon dron istehsal edir və bu göstəricini 20 milyona çatdırmağa hazırdır
Bugün, 15:56 DÜNYA
-
Əli Əsədov Slovakiya Prezidenti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Bugün, 15:54 SİYASƏT
-
Azərbaycan XİN vətəndaşları münaqişə bölgələrində işləməkdən çəkinməyə çağırıb
Bugün, 15:51 GÜNDƏM
-
FHN bölgələrdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Bugün, 15:47 CƏMİYYƏT
-
"Fulham" "Trabzonspor"un müdafiəçisini transfer etmək istıəyir
Bugün, 14:56 İDMAN
-
Avropa Komissiyası Kiprin Şengen zonasına daxil olmaq üçün texniki hazırlığını təsdiqləyib
Bugün, 14:54 DÜNYA
-
Azərbaycanda 1 vəkil kollegiyadan xaric olunub, 4-ü cərimələnib
Bugün, 14:50 CƏMİYYƏT