“Fənərbaxça”nın yeni prezidenti Əziz Yıldırım oldu - "Onlar necə komanda təsəvvür edirlər?"

“Fənərbaxça”nın yeni prezidenti Əziz Yıldırım  oldu - \"Onlar necə komanda təsəvvür edirlər?\"

İDMAN

Bugün, 00:10

“Fənərbaxça”da prezident seçkilərinin nəticəsi açıqlanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubun sabiq prezidenti Əziz Yıldırım rəqibini Hakan Safiyə yarışda qalib gələrək, yenidən “Fənərbaxça”nın prezidenti olub.

O, 17.245 səs toplayaraq bununla da klubun 35-ci prezidenti seçilib.

Yeri gəlmişkən, Hakan Safi 9.927 səs alıb. O, Yıldırımı təbrik edib: “Seçki “Fənərbaxça” üçün müqəddəsdir. “Fənərbaxça” ictimaiyyəti bunu belə istəyir. Klubumuza həyəcan və təmiz bir nəfəs gətirməyə çalışdım. Ciddi transferlər və investisiyalar vəd etdim. Bunlar üçün müqavilələri artıq imzalamışdım. “Fənərbaxça” nümayəndələri, görünür, köhnə üsulla davam etməyi seçdi. Prezident Əzizi Yıldırımı təbrik edirəm. Mən həmişə “Fənərbaxça”nın xidmətindəyəm. Bizə səs verməyənləri anlamalıyıq. Onlar necə bir F”ənərbaxça” təsəvvür edirlər? Bunu zamana buraxacağıq. Görəcəyik ki, necə bir “Fənərbaxça” olacaq".

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR