Naxçıvana uçuş təxirə salındı: uşaqlı ailələr ac-susuz qalıb - Sərnişin əvəzinə karqo daşınır? + AÇIQLAMA (YENİLƏNİB)

Naxçıvana uçuş təxirə salındı: uşaqlı ailələr ac-susuz qalıb - Sərnişin əvəzinə karqo daşınır? + AÇIQLAMA (YENİLƏNİB)

GÜNDƏM

Bugün, 22:43

Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) müvafiq istiqamətdə uçuşları təxirə salınıb.

Mia.az xəbər verir ki, QSC məlumat yayıb.

Bildirilib ki,  AZAL sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir: "Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək".

***

Naxçıvan hava limanında Bakı reysləri ilə bağlı yaranan sıxlıq yenidən narazılığa səbəb olub.

Mia.az SAVASHMEDİA.az-a istinadla xəbər verir ki, bəzi təyyarələrdə sərnişinlərin əvəzinə karqo yükləri daşınır ki, bu da bilet çatışmazlığına və qiymətlərin süni şəkildə bahalaşmasına yol açır.

Odur ki, Bakıya qayıtmaq istəyən sərnişinlər günlərlə hava limanında gözləməli olur. Sərnişinlər bildirirlər ki, xüsusilə uşaqlı ailələr çətin vəziyyətdə qalıb, bəziləri ac-susuz növbə gözləyir.

Mənbə iddia edir ki, aviaşirkət sərnişin daşınmasından daha çox qazanc əldə etdikləri üçün karqo yüklərinə üstünlük verir. Bu isə onsuz da məhdud olan uçuş imkanlarını daha da çətinləşdirir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR