FHN-də yeni Qərargah və işçi qruplar yaradıldı
GÜNDƏM
Bugün, 12:31
Fövqəladə Hallar Nazirliyində (FHN) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı Qərargah və işçi qruplar yaradılıb.
Mia.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş əməliyyat idarəsinin rəis müavini Ağali Hüseynov deyib.
Onun sözlərinə görə, WUF13 Azərbaycanın beynəlxalq səviyyədə yüksək nüfuzundan xəbər verməklə dünyanın diqqətini yenidən Bakıya yönəldəcək: "Nazirlik sessiyaya hazırlıqla bağlı üzərinə düşən vəzifələri uğurla icra edir. Bu məqsədlə FHN-də nazirliyin rəhbər vəzifəli şəxslərinin də təmsil olunduğu Qərargah və onun tərkibində müvafiq sahələr üzrə peşəkar mütəxəssislərdən ibarət işçi qruplar yaradılıb, Tədbirlər Planı hazırlanaraq təsdiq edilib. Təsdiq olunan Tədbirlər Planı üzrə qarşıya qoyulan tapşırıqların yüksək səviyyədə icrası üçün nazirliyin müvafiq qüvvələri ilk gündən səfərbər olunub. Bu çərçivədə FHN-in strukturları tərəfindən əhalinin, o cümlədən qonaqların təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi üçün səlahiyyətləri çərçivəsində obyektlərdə yanğın, texniki, tikinti və radiasiya təhlükəsizliyi sahələri üzrə müayinə və monitorinqlər həyata keçirilib, maarifləndirmə işləri aparılıb, mümkün fövqəladə hallara çevik reaksiya verilməsi və digər istiqamətlərdə zəruri tədbirlər görülüb".
A.Hüseynov həmçinin nazirliyin müvafiq strukturları, o cümlədən yangın-xilasetmə qurumları tərəfindən WUF13-ə hazırlıq çərçivəsində vəzifələrin uğurla yerinə yetirilməsi üçün ötən dövr ərzində zəruri tədbirlər həyata keçirilib: "Belə ki, nazirlikdə yaradılmış Qərargah tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq mümkün fövqəladə hallara çevik və effektli reaksiyavermə imkanlarının təmin edilməsi üçün mövcud əməliyyat şəraiti ətraflı öyrənilib, şəxsi heyətin səmərəli bölgüsü aparılıb, texnika və avadanlıqların tam döyüş hazırlığı səviyyəsində saxlanılması üçün zəruri tədbirlər görülüb. Bundan əlavə, şəxsi heyətin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi məqsədilə müxtəlif obyektlərdə, o cümlədən otel, metro stansiyaları, ticarət və əyləncə mərkəzləri, insanların kütləvi toplaşdığı digər məkanlarda çoxsaylı təlimlər keçirilib, müxtəlif ssenarilər üzrə şəraitə uyğun simulyasiyalar edilib".
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Yağış və dağlıq rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Bugün, 13:21 CƏMİYYƏT
-
Xocalının bu kəndlərinə növbəti köç oldu
Bugün, 13:16 GÜNDƏM
-
Prezident BMT rəsmisini qəbul etdi, Niyyət Məktubu imzalandı - FOTOLAR
Bugün, 13:01 GÜNDƏM
-
Cəbrayıla növbəti köç olub
Bugün, 12:40 GÜNDƏM
-
FHN-də yeni Qərargah və işçi qruplar yaradıldı
Bugün, 12:31 GÜNDƏM
-
Nərimanovun sabiq icra başçısı vəfat edib
Bugün, 12:01 CƏMİYYƏT
-
Vüsal müəllimin şübhəli fikri... - Osman Gündüz yazır
Bugün, 11:59 YAZARLAR
-
"Facebook”da önəmli motivasiya qərarı… - Məhəmmədəli Qəribli yazır
Bugün, 11:47 YAZARLAR
-
İcra Hakimiyyətinin tenderlərinə "stop" qoyulub
Bugün, 10:57 İQTİSADİYYAT
-
Direktor baş həkim təyin olundu
Bugün, 10:06 CƏMİYYƏT
-
Tramp: "Amerika ordusu Əbu Bilal əl-Minuki məhv edib"
Bugün, 09:30 DÜNYA
-
Azərbaycan neftinin qiyməti 116 dolları ötdü
Bugün, 09:08 İQTİSADİYYAT
-
İsrail və Livan arasında atəşkəs uzadıldı - 45 gün
Bugün, 01:46 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:05 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Qazaxıstandan vətənə döndü - FOTO
15.05.2026, 23:44 GÜNDƏM
-
Teleaparıcının görüntüləri gündəm oldu – FOTOLAR
15.05.2026, 22:40 ŞOU-BİZNES
-
Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputatdan rəisə etiraz
15.05.2026, 22:27 SİYASƏT
-
“AzTV-də, İTV-də, ReAL TV-də heç vaxt gəlin qayınananın saçını yolmayıb”
15.05.2026, 22:20 PRESS
-
BRICS-in iclası bitdi, bəyannamə qəbul edilədi – Sammitə İran və BƏƏ nazirlərin “atışması” damğa vurdu
15.05.2026, 21:33 GÜNDƏM
-
BƏƏ: “İrana qarşı müharibədə fəal iştirak etməmişik”
15.05.2026, 20:08 DÜNYA
-
Konqoda təhlükəli xəstəlik yenidən yayılır - Daha iki ölkəyə xəbərdarlıq olunub
15.05.2026, 19:59 DÜNYA
-
QMİ: "Məscidlərdə bayram namazı mayın 27-də qılınacaq"
15.05.2026, 19:54 GÜNDƏM
-
Türkiyədə şagirdləri daşıyan mikroavtobus aşdı: 2 məktəbli və sürücü öldü…
15.05.2026, 19:53 KRİMİNAL
-
"Karvan-Yevlax" "sinifdə qaldı"
15.05.2026, 18:45 İDMAN
-
Borrell üzə çıxdı, Aİ-ni tənqid elədi: “Dünya siyasətində təsirli deyilik” – “İttifaq daxilidə yeni ittifaq qurulmalıdır"
15.05.2026, 18:43 SİYASƏT
-
Almaniya lideri: “ABŞ-a oxumağa və işləməyə getməyin” – “Öz ölkəmiz sizə gələcək vəd edir”
15.05.2026, 18:08 GÜNDƏM
-
"Fənərbağça" "Borussiya Dortmund"un 32 yaşlı futbolçusunu istəyir
15.05.2026, 18:04 İDMAN
-
Bağçalara sənəd qəbulu müvəqqəti dayandırılır
15.05.2026, 17:25 GÜNDƏM
-
TDT Baş katibinə yeni müavin təyinatı olacaq
15.05.2026, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
15.05.2026, 17:00 İQTİSADİYYAT
-
ADY 258 minlik qəhvə, kəklikotu, darçın, mixək, şokolad alacaq
15.05.2026, 16:50 İQTİSADİYYAT
-
Bakı-Ələt magistral yolundakı körpü çöküb - VİDEO
15.05.2026, 16:50 CƏMİYYƏT
-
Daha bir futbolçu "Fənərbağça"dan gedir
15.05.2026, 16:27 İDMAN
-
Prezident İlham Əliyev TDT Dövlət başçılarının görüşündə: yeni mesaj verildi, bəyannamə imzalandı - FOTO (Yeniləniib)
15.05.2026, 16:27 GÜNDƏM