Direktor baş həkim təyin olundu

Direktor baş həkim təyin olundu

CƏMİYYƏT

Bugün, 10:06

Məşhur kardioloq Afiyəddin İsgəndərova yeni vəzifəsi məlum olub.

Məlumata görə, Afiyəddin İsgəndərov Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Müalicə işlər üzrə direktor müavini - Baş həkimi təyin edilib.
Bununla bağlı səhiyyə naziri Teymur Musayev bir müddət əvvəl müaviq əmr imzalayıb.
Qeyd edək ki, ötən ilin oktyabr ayında kardioloq Afiyəddin İsgəndərov öz xahişi ilə "Bilgəh" Kardioloji Sanatoriyasının direktoru vəzifəsindən ayrılmışdı.
Hazırda "Bilgəh" Kardioloji Sanatoriyasının direktoru vəzifəsini Ləman Məlikova icra edir/qaynarinfo.
Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru tibb elmləri doktoru, professor Gülnaz Dadaşovadır. Onun barəsində indiyə qədər mediada onlarla neqativ iddialar irəli sürülüb.
MİA.AZ 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR