Prezident Roma Papasına məktub göndərdi: "Əminəm ki, ikitərəfli əlaqələrimiz..."
GÜNDƏM
08.05.2026, 12:16
Prezident İlham Əliyev Roma Papası XIV Leoya təbrik məktubu göndərib.
Mia.az xəbər verir ki, məktubda deyilir:
"Zati-müqəddəsləri,
Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi və gündən-günə yeni məzmun qazanması məmnunluq doğurur. Bu əlaqələr dünyada dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə, sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılması kimi xoşməramlı niyyətlərə xidmət edir.
Dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur, bütün konfessiyalar üçün bərabər şərait yaradılır. Fəxr edirik ki, Azərbaycan müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkandır. Bakı şəhərində yeni katolik kilsəsinin təməlinin qoyulması ölkəmizdə dinlərarası harmoniyanın, multikulturalizm və tolerantlıq ənənələrinin növbəti əyani nümunəsidir.
Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında illərdən bəri təşəkkül tapmış səmərəli əməkdaşlığı xüsusi qeyd etmək istərdim. Fondun dəstəyi ilə Vatikanda aparılan bərpa işləri mədəniyyətlərarası dialoqa, dini və mədəni irsin qorunub saxlanmasına töhfə verməklə yanaşı Azərbaycanın ümumbəşəri dəyərlərə sadiqliyinin göstəricisidir.
Zati-müqəddəsləri,
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında səmimi dialoqun və əməkdaşlığın inkişafına Sizin töhfənizi yüksək qiymətləndirirəm. Əminəm ki, ikitərəfli əlaqələrimiz ümumbəşəri dəyərlərin təbliği və sivilizasiyalararası anlaşmanın təşviqi naminə bundan sonra da möhkəmlənəcək və daha da dərinləşəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ali və müqəddəs missiyanızda daim uğurlar diləyirəm".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Taliban hökumət ilk dəfə Avropada – 5 nəfərlik heyətlə nələr müzakirə olunub?
Bugün, 00:43 DÜNYA
-
Meloni Trampla gərginlik arzulamır: “Mübahisəni böyütmək niyyətim yoxdur”
Bugün, 00:28 GÜNDƏM
-
ABŞ İran yığması ilə bağlı qərarını dəyişdi
Bugün, 00:13 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
Məleykə Abbaszadə: "Bu, ciddi yanaşma sayıla bilməz"
23.06.2026, 23:45 CƏMİYYƏT
-
CHP-li daha iki bələdiyyə sədri vəzifədən uzaqlaşdırıldı
23.06.2026, 23:33 DÜNYA
-
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın elədi
23.06.2026, 23:02 İDMAN
-
Bakı Dövlət Universitetində 42 yeni ixtisas açılır - SİYAHI
23.06.2026, 20:30 GÜNDƏM
-
Nazir Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfər edib
23.06.2026, 19:21 MƏDƏNİYYƏT
-
Putin: "Rusiya Ukrayna ilə danışıqlar masasına oturmağa hazırdır"
23.06.2026, 18:57 GÜNDƏM
-
Numan Kurtulmuş Azərbaycana gəlib
23.06.2026, 18:45 GÜNDƏM
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - PA rəsmilərinin qəbul günləri açıqlandı
23.06.2026, 18:37 GÜNDƏM
-
Lukas Torreyra: “Mauro İkardi "Qalatasaray"ın təklifinə “hə” deməlidir”
23.06.2026, 18:23 İDMAN
-
Deputat partiyadan istefa verdi: “Etirazım…”
23.06.2026, 18:14 SİYASƏT
-
Azercell və Samsung-dan yeni kampaniya!
23.06.2026, 18:00 İQTİSADİYYAT
-
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
23.06.2026, 18:00 GÜNDƏM
-
Özgür Özəl çağırış etdi, CHP qurultay tarixini verdi - "Komissiya yaradılıb"
23.06.2026, 17:47 SİYASƏT
-
“Kapital Bank”da kimlərə vəzifə verildi? - Təyinatlar
23.06.2026, 17:29 İQTİSADİYYAT
-
Türkiyədə silah anbarında partlayış olub - İki nəfər həlak olub
23.06.2026, 17:20 DÜNYA
-
Ukrayna ordusu Rusiyanın Krımla quru və dəniz əlaqəsini kəsdi: körpü, yanacaq çənləri, elektrik stansiyaları vurulub
23.06.2026, 17:16 GÜNDƏM
-
Tramp: “İran bu vəsaitə yalnız ərzaq və qisa məhsulları ala biləcək"
23.06.2026, 17:14 GÜNDƏM
-
Kamal Kılıçdaroğlu daha iki şəhər təşkilatı sədrini vəzifədən qovdu
23.06.2026, 17:02 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
23.06.2026, 17:00 İQTİSADİYYAT
-
"General Hospital"ın lisenziyası ləğv olunub
23.06.2026, 16:50 CƏMİYYƏT
-
Şamaxıda məktəb direktoruna hücum edən şəxs cinayət məsuliyyətinə cəlb olunub
23.06.2026, 16:37 KRİMİNAL
-
AAYDA-da yoxlama aparılıb
23.06.2026, 16:24 İQTİSADİYYAT
-
Eyyub Hüseynov: "Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına inanmayın"
23.06.2026, 16:15 İQTİSADİYYAT
-
Dövlət Su Ehtiyatları Agentliyində daha bir nöqsan üzə çıxarıldı
23.06.2026, 16:11 CƏMİYYƏT
-
Bəzi yerlərdə yağış intensivləşəcək - Xəbərdarlıq
23.06.2026, 15:58 GÜNDƏM
-
Ankara Universitetinin qadın müəllimi saxlanıldı
23.06.2026, 15:21 GÜNDƏM
-
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
23.06.2026, 15:15 İDMAN
-
İlham Əliyev Türkmənistan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTOLAR
23.06.2026, 15:05 GÜNDƏM
-
Nihat Kahveci canlı yayımda qəzəbləndi: “Allah bəlanızı versin”
23.06.2026, 15:01 İDMAN
-
Avropadakı bu görüntü böyük şok yaratdı – FOTO
23.06.2026, 14:48 MƏDƏNİYYƏT