Xətaidə ekoloji qalmaqal: “Ağacları kəsib bina tikirlər” — VİDEO

Xətaidə ekoloji qalmaqal: “Ağacları kəsib bina tikirlər” — VİDEO

GÜNDƏM

Bugün, 11:46

Xətai rayonunda növbəti ekoloji qalmaqal gündəmə gəlib. Belə ki, rayonun Xudu Məmmədov küçəsində aparılan tikinti işləri yerli sakinlərin ciddi narazılığına səbəb olub.

Mia.az xəbər verir ki, "Sitat.info"ya müraciət edən sakinlərin iddiasına görə, ərazidəki çoxsaylı ağaclar kəsilərək yerində yeni bina inşa olunur. Bu proses zamanı ekoloji tarazlıq pozulur, yaşıllıq məhv edilir. Qeyd edək ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində açıq şəkildə bildirilir: “Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır.” Həmçinin qanunda vurğulanır ki, yaşıllıqların kəsilməsi yalnız aidiyyəti qurumların rəyi və xüsusi icazə əsasında həyata keçirilə bilər.  Sakinlər məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının araşdırma aparmasını, qanunsuz ağac kəsiminə hüquqi qiymət verilməsini və tikinti işlərinin sənədlərinin ictimaiyyətə açıqlanmasını  tələb edirlər. Qeyd edək ki, Xətai rayonu İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevdir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR