ABŞ və BƏƏ İrana hücum edib, rəsmi Tehran gözləmə mövqeyindədir – Müharibə yenidən başlaya bilər?

ABŞ və BƏƏ İrana hücum edib, rəsmi Tehran gözləmə mövqeyindədir – Müharibə yenidən başlaya bilər?  

GÜNDƏM

Bugün, 00:17

Bir az əvvəl Hörmüz Boğazı ətrafında güclü partlayış səsləri eşidilməyə başlayıb. Məlumata görə, bu partlayışlardan sonra İran silahlı qüvvələri də hərəkətlənib. Lakin onlar hələ hər hansı bir ölkə və ya hədəfə cavab atəşi açmayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran dövlət mediası Qeşm adasında İran silahlı qüvvələri ilə düşmən qüvvələri arasında toqquşmaların baş verdiyini açıqlayıb.

Xəbərdə Bəndər Abbas və ətrafında ardıcıl partlayışlara görə bölgədə təhlükəsizlik xəbərdarlığı verildiyi vurğulanıb və qeyd olunub ki, eyni vaxtda ABŞ və BƏƏ döyüş təyyarələrinin İran liman şəhərlərinə raket hücumlarına başlayıb: “Bəndər Abbas limanı ətrafında və Qeşm adasında bir neçə yer vurulub. İran ordusu cavab zərbələrinə hazırdır, əmr gözləyir”.

İranın Mehr Xəbər Agentliyi  isə Qeşm adasındakı Bəhmən adlı mülki təyinatlı körpüyə zərbə endirildiyini yazıb: “Hazırda ərazidə xeyli dronlar görünür…”

İran Xarici İşlər Nazirliyindən bildirilib ki, Ali Lider Xamenei vəziyyəti yaxından izləyir: “Onun cazəsi olmadan heç bir addım atılmır".

İsraildən isə bildirilib ki,İrana qarşı heç bir hücum həyata keçirməyib.

Hüseyn Namazov

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR