FİFA “Neftçi”yə qadağa qoydu - Transferlə bağlı

FİFA “Neftçi”yə qadağa qoydu - Transferlə bağlı

İDMAN

Bugün, 10:06

“Neftçi”yə transfer qadağası qoyulub.

Mia.az xəbər verir ki, k lub bu faktı təsdiqləyib.

Bildirilib ki, buna səbəb futbolçulardan birinin transfer ödənişinin gecikdirilməsi olub: “Transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir. Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır. Artıq biz tərəfdən ödəniş həyata keçirilib, qarşı tərəf təsdiqləyəndən sonra maksimum 3-5 günə transfer qadağası aradan qaldırılacaq. Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur. Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR