Sahibə Qafarova Monteneqroya səfər edib - FOTO

Sahibə Qafarova Monteneqroya səfər edib - FOTO

SİYASƏT

Bugün, 09:49

Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak etmək üçün Monteneqroda işgüzar səfərdədir.

Mia.az xəbər verir ki, Tivat Beynəlxalq Hava Limanında spiker Sahibə Qafarovanı Azərbaycanın Monteneqrodakı səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Monteneqronun Budva şəhərində keçiriləcək Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak edəcək.

Milli Məclisin sədrinin sammitdə çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR