Junior Olaitan: "Çempion olmaq istəyirik"

Junior Olaitan: \"Çempion olmaq istəyirik\"

İDMAN

Bugün, 00:45

Türkiyə Kubokunun 1/4 finalında evdə "Alanyaspor"u 3-0 hesabı ilə məğlub edərək yarımfinala yüksələn "Beşiktaş"ın yarımmüdafiəçisi Junior Olaitan açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Olaitan açıqlamalarında bu sözləri deyib:

"Yaxşı matç idi. Boşluqlar tapmağa çalışdıq. Oyun boyu oyun qurmağa çalışdıq. Üç qol vuraraq qalib gəldik və bu qolları yüksək təzyiqli taktikalarla vurduq. Xoşbəxtik. Yarımfinala yüksəldik. Bazar günü uduzduqdan sonra bu gün qalib gəlmək sevindiricidir. Bazar günü tənqid oluna biləcək bir matç oynadıq. Amma yarımfinaldayıq. Belə davam etmək istəyirik. Finala çıxmaq, kuboku qazanmaq və çempion olmaq istəyirik. Ən vacib şey budur. Bu şəkildə davam etmək istəyirik."

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR