Associated Press: “İran və ABŞ heyətləri arasında növbəti görüş…”

Associated Press: “İran və ABŞ heyətləri arasında növbəti görüş…”

GÜNDƏM

Bugün, 09:54

ABŞ və İran arasında 11 apreldə İslamabadda keçirilən görüşün nəticəsiz bitmıəsindən sonra tərəflər arasında aktiv müharibə doplomatik və bloklanma frazasıan keçid edib. ABŞ ordusu dünən saat 18.00-dan başlayaraq İran limanlarına girib-çıxan bütün ölkələrə aid gəmilərin hərəkətini məhdudlaşdırmağa başlayıb.

İran isə buna qarşılıq olaraq, bölgə ölkələrinin limanlarındakı gəmiləri vuracaqlarını elan etsələr də, tərəflərdən heç biri hələlik atəşkəsi pozmayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, gərginliyn artdığı bir məqamda məşhur “Associated Press” nəşri də İran və ABŞ nümayəndə heyətləri arasında növbəti görüşün anonsunu verib.

“Associated Press”ə danışan ABŞ rəsmiləri Vaşinqton və Tehranın 15 günlük atəşəksə bitmədən növbəti dəfə görüşəcəklərini deyiblər: “Yeni görüş prosesinə hazırlıq davam edir. Hər iki tərəf dialoq tərəfdarıdır. Böyük ehtimalla görüş çərşənbə günü ya yenə İslamabadda, ya da Cenevrə şəhərində baş tutacaq”

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR