İran BƏƏ-də daha bir ABŞ şirkətinin ofisinə zərbə endirib - Sərt xəbərdarlıq

img

03-04-2026 [09:04]


İranın Strateji Xarici Əlaqələr Şurasının rəhbəri Kamal Xarazi və həyat yoldaşına edilən hücumu cavabsız buraxmayıb.

Mia.az xarici mətbuaa istinadla xəbər verir ki, bu barədə İnqilab Keşikçiləri Korpusu (SEPAH) açıqlama yayıb.

Bildirilib ki, bundan əvvəl general Fətəli Zadəyə sui-qəsdə cavab olaraq, Amerikanın “Amazon” şirkətinin bulud hesablama infrastrukturu məhv edilib: “Bu gün isə Xarazi və həyat yoldaşına sui-qəsdinə cavab olaraq, BƏƏ-dəki Amerika şirkəti “Oracle”ın məlumat mərkəzi və İT infrastrukturuna zərbə endirlib. Qarşı tərəf bilməlidir ki, İran vətəndaşlarına qarşı hər hansı sui-qəsdlərə cavab olaraq ABŞ-İsrail ittifaqının əsas elementləri olan informasiya texnologiyaları və süni intellekt sahələrində casusluq şirkətləri qanuni hədəfimiz olacaq”

Tahir
Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA