23-09-2014 [13:28]
Göyçay rayonunda bələdiyyə sədri Mahmud Şıxməmmədovun intihar etməsi ilə bağlı şok məlumatlar yayılıb. Hadisə ilə bağlı Qaynar.info-ya daxil olan ilginc məlumata görə, bələdiyyə sədri mərhum Mahmud Şıxməmmədov ötən gün istintaqa çağırılıb. Bundan sonra bələdiyyə sədri kredit götürmək üçün bir neçə banka müraciət edib, lakin kredit götürə bilməyib.
Göyçaydakı mənbənin bildirdiyinə görə, ondan külli miqdarda pulun tələb oldunduğu iddia edilir. Bu məbləğın hətta 30-50 min manat civarında olduğu deyilir. Mərhumun qardaşı oğlu Rahib Şıxməmmədov isə bildirdi ki, hazırda yas mərasimindədirlər və hadisə ilə bağlı ətraflı məlumat verəcəklər: "Müxtəlif versiyalar var. Dəqiq məlumatları sizə çatdıracağıq. İndi hüzür mərasimidir və başımız qarışıb”.
Məsələ ilə bağlı Göyçay rayon Prokurorluğunun böyük müstəntiqi Emin Qurbanovla əlaqə saxladıq. O, Qaynar.info-ya bildirdi ki, bir müddət öncə Rayon Prokurorluğu tərəfindən bələdiyyə sədrinə Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə cinayət işi açılıb: "Prokurorluqda 178-ci maddə (dələduzluq) ilə ona cinayət işi açılıb. İstintaq materialları toplanaraq Rayon Polis Şöbəsinin İstintaq Şöbəsinə göndərilib. Cinayət işi ilə bağlı Polis Şöbəsi ilə əlaqə saxlamaq lazımdır. Dələduzluqla bağlı işə istintaq şöbəsi baxır. İş isə istintaq şöbəsinin müstəntiqi Saleh Muştaqovdadır. Bələdiyyə sədrinin intihar etməsinə gəlincə, hadisənin səbəbləri isə tərəfimizdən araşdırılır. Hələ ki, Mahmud Şıxməmmədovun hansı səbəbdən intihar etməsi bəlli deyil”.
İstintaq şöbəsinin müstəntiqi Saleh Muştaqov isə Qaynar.info-ya bildirdi ki, bələdiyyə sədrindən pul tələb olunması ilə bağlı yayılan məlumatlar əsassızdır. Ona ağır maddə ilə cinayət işi açılıb və bu səbəbdən də o, intihar edib: "İş Baş Prokurorluğun nəzarətindədir. Ondan rüşvət istəniləməsi ilə bağlı iddialar əsassızdır. Onun barəsində ağır maddə ilə – Azərbaycan Respublikası CM–nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılmışdı. Cinayət işi Rayon Prokurorluğunda bu ayın 20-də başlanıb və polis şöbəsinə göndərilib. Onun intihar etməsi də bununla bağlıdır, çünki üstündə ağır maddə var idi”.
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqalndı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL