23-09-2014 [12:52]
Məlum olduğu kimi, baş prokuror Zakir Qaralov bir neçə gün əvvəl paytaxtın Nərimanov rayonunun prokuroru Fikrət Mahmudov və onun müavini Cavid Quliyevin vəzifəsindən azad olunması haqda əmr imzalayıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, Baş Prokurorluq tərəfindən aparılmış araşdırmalarla Nərimanov rayon prokurorluğu əməkdaşlarının xidməti vəzifələrinin icrası zamanı cinayət-prosessual qanunvericiliyin və Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini pozmaqla istintaq və təhqiqat zamanı süründürməçiliyə, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri prinsipiallığın göstərilməməsi, eləcə də əsassız olaraq cinayət işinin başlanmasının rədd edilməsi və vətəndaşların müraciətlərinə vaxtında və obyektiv baxılmaması hallarına yol verdikləri müəyyən edilib.
Bakı şəhər sakini Ramazan Səlimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyev tərəfindən aldadılaraq külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciəti üzrə prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə, həmçinin digər cinayət işləri və materiallar üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi yarıtmaz həyata keçirdiklərinə, habelə xidməti intizamı kobud şəkildə pozduqlarına görə Baş Prokurorluq üzrə müvafiq əmrlə Nərimanov rayon prokuroru Fikrət Mahmudov və prokuror müavini Cavid Quliyev tutduqları vəzifədən azad edilib, rayon prokurorunun köməkçisi Samir Məmmədov isə prokurorluq orqanlarından xaric edilib.
Baş Prokurorluğun rəsmi məlumatında belə deyilirdi.
Nərimanovun prokuroru və onun müavininin belə ağır ittihamlarla işdən azad olunmasının təfərrüatları ilə bağlı AzPolitika.info-ya sensasiyalı məlumatlar daxil olub. Məlumatlı mənbənin bildirdiyinə görə, Baş Prokurorluğun rəsmi məlumatında əksini tapan "prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə” ifadəsinin arxasında əslində cinayət var. Belə ki, araşdırmalar nəticəsində Nərimanov rayonunun prokuroru Fikrət Mahmudovun Ramazan Səlimovun Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevdən şikayətini ört-basdır etmək üçün sonuncudan hədə yolu ilə külli miqdarda rüşvət aldığı müəyyən olunub. Məlumata görə, Ramazan Səlimov Həsən Əliyevdən şikayət etdikdən sonra Fikrət Mahmudov onu görüşə çağırıb. Həsən Əliyevin xaraktercə qorxaq insan olduğunu müəyyən edən prokuror, mütəmadi olaraq ondan müəyyən məbləğlər tələb edib. Üst-üstə 200 min manatdan artıq pul verdikdən sonra, prokurorun yenə də ondan əl çəkmədiyini görən hakim (!!!), Fikrət Mahmudovun səsini yazmaq qərarına gəlib. Növbəti görüşdə prokurorun səsini yazan Həsən Əliyev, işin üstü açıldıqdan, Ramazan Səlimovun şikayəti "yuxarılara” çatdıqdan sonra onu şantaj edən prokurordan Milli Təhlükəsizlik Nazirliyinə şikayət edib. Bundan sonra Baş Prokurorluq araşdırma aparıb və güclü himayəçisinin olmasına baxmayaraq, Zakir Qaralov Fikrət Mahmudovu və onun müavinini vəzifəsindən azad edib.
Mənbənin daha bir sensasiyalı məlumatı ondan ibarətdir ki, MTN-ə şikayət etdikdən və gizli səs yazısı ilə bu şikayətini sübut etdikdən sonra Həsən Əliyevə qarşı yeni ittiham – rüşvətvermə ittihamı da irəli sürülüb. Rüşvət verən varsa, deməli rüşvəti alan da olmalıdır. Lakin Nərimanovun keçmiş prokuroruna qarşı rəsmi ittihamın irəli sürülüb-sürülmədiyi məlum deyil.
Bu məlumatlarla bağlı Fikrət Mahmudovun mövqeyini dərc etməyə hazırıq.
azpolitika.info
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqalndı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL