150 min nəfərlik silahlı dəstəyə sahib olan narkomafiyanın ikinci şəxsi belə öldürüldü - FOTO

img

24-02-2026 [10:29]


ABŞ-ın kəşfiyyat dəstəyi ilə öldürülən Mekskiada böyük hərbi gücə sahib olan CJNG lideri "El Menço"dan  sonra onun sağ əli və təşkilat daxilində əsas fiqur hesab edilən "El Tuli" də Xalisonun El Qrullo bölgəsində öldürülüb.

Mia.az xarici mətbuata isinadla xəbər verir ki, 150 minlik silahlı dəstəyə sahib olduğu iddia olunan narkomafiyanın ikinci şəxs statusunda olan "El Tuli" çıxan atışmada qətlə yetirilib.

Ordu əməliyyatdan sonra onun öldüyünü təsdiqləyən fotoşəkil yayıb.

Görüntüdən aydın olur ki, El Tuli və onun iki adamı yolda gedərkən atışmaya düşüb və orada öldürülüblər. 

Meksika mətbuatı onun da Amerika kəşfiyyat məlumatı ilə zərərsizəşdirildiyini yazıb.

Xatırladaq kiI Meksikada Xalisonun Yeni Nəsil Kartelinin (CJNG) yüksək vəzifəli üzvü olan "El Tuli" "El Menço"nun yerinə ən real namizəd sayılırdı.

Onu da qeyd edək ki, narkomafiya liderinin öldürülməsi, oğlunun isə girov götürülməsindən sonra ölkədə döüyş başlayıb. İndiyədək 60-dək ölü var. Ölənlərdən 32 nəfəri hərbçi və polislərdir.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA