Pedofildən rüşvət alan keçmiş səfir saxlanıldı

img

24-02-2026 [09:00]


ABŞ-da yetkinlik yaşına çatmayan uşaqlara qarşı cinsi istismar  ittihamı ilə həbs edilmiş və həbsxanada müəmmalı şəkildə ölmüş pedofil, milyarder Ceffri Epşteyndən vaxtilə rüşvət alan ingilis diplomat qandallanıb.

Mia.az xarici mətbuata isinadla xəbər verir ki, Vaşinqtondakı keçmiş Britaniya səfiri Peter Mandelson vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək dünən həbs edilib.

O,  səfri işlədiyi dövrdə Epşteyndən 75.000 dollar rüşvət almaqda ittiham olunub.

London polisindən bildirilib ki,  72 yaşlı sabiq səfirin ifadəsı alındıqdan sonra məhkəməyə çıxarılacaq: "O, 23 fevraldaKamdendəki bir ünvanda həbs edilib. Hazırda dindirilir"

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA