Ağ Ev təsdiqlədi: "El Mençonun öldürüldüyü əməliyyatda  kəşfiyyat dəstəyi verlib"

img

23-02-2026 [09:45]


"Həm ABŞ, həm də Meksikanın ən çox axtardığı narkomafiya baronu və Halisko Yeni Nəsil Kartelinin (CJNG) lideri, "El Menço" ləqəbli Nemesio Oseguera Servantesin öldürüldüyü əməliyyata kəşfiyyat dəstəyi göstərilib".

Mia.az xarici mətbuata isinadla xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Karolin Livitt hadisədən sonra iğtişaş yaranmış Mekskadakı vəziyyətlə bağlı açıqlamasında deyib.

O, ABŞ-ın bu əməliyyata görə Meksika hökumətinə və təhlükəsizlik qüvvələrinə minnətdarlıq etdiyini də qeyd edib: "El Menço fentanil qaçaqmalçılığında mühim rola sahibdir. O, amerikalı gəncləri də zəhərləyirdi. Bu səbəbdən hər iki ölkə üçün hdəf idi. Yada salaq ki, ABŞ prezidenti Donald Trampı əvvəllər CJNG xarici terror təşkilatı kimi tanıyıb"

Xatırladaq ki, ABŞ onun başına 15 milyon dollar pul qoymuşdu.

E.ARAZ

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:07 22.02.2026

Şamaxıda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA