Çingiz Abdullayev və Ramiz Mehdyev romanı…
23-02-2026 [00:13]
Kəbutər Hakverdi,
Xüsusi olaraq Mia.az üçün
***
Çingiz Abdullayev Ramiz Mehdiyevden roman yazacağını bəyan edib. Ramzi Mehdiyev olayı təbii ölkədaxili tarixi hadisədir və sevimli yazıçım Çingiz Abdullayev qədər təcrübəm və istedadım olasydı, bu fürsəti mən də qaçırmazdım.
Amma bir məsələ var ki, nə 20 Yanvar Bakı qətliamı, nə Topxana olayları, nə Qarabağ hadisələri və 30 illik işğal, nə Aprel döyüşləri, nə də 44 günlük Zəfər Savaşı Ramiz Mehdiyev olayından kiçik ( bu kəlməyə görə bütün Azərbaycan xalqından üzür istəyirəm) hadisə olmasa da başda Çingiz Abdullayev olmaqla heç bir yazıçımız bu tip bəyanatlar vermədi. Əksinə inadla susdular.
Ötən məqaləmizdə məhz bu susqunluğu yazmışdıq.
Ulduzu sönmüş siyasi fiqurun evindən 17 milyon dollar tapılır və bununla bağlı ictimai nüfuza malik yazıçının reaksiyası gecikmir.
Çingiz Abdullayev təkcə yazışı deyil, beynəlxalq tanınmış sima, mədəniyyət elitasının nümayəndəsidir. O, Azərbaycan Yazıçılar Birliyindəki vəzifəsinə görə həm ictimai nüfuz və simvolik kapital kimi bir yük də daşıyır. Belə fiqurların açıqlamaları isə daha çox ictimai-psixoloji mesaj kimi qəbul edilir. Alt qatında ya sistemə sadiqlik göstərmək, ya da reputasiyanı qorumaq cəhdi durur...
36 illik acısı və şirini ilə zəngin bir tarixi aşamada susan yazar anıden sükutu pozur. Onun bəzi əsərlərində Qarabağ müharibəsi, post-sovet xaosu, 90-cı illərin siyasi qarışıqlığı fon kimi yer alır. Lakin hadisələr daha çox siyasi-dedektiv süjetin içində təqdim olunur. Qarabağ mövzusu əsasən beynəlxalq siyasət, silah ticarəti, xüsusi xidmət orqanları kontekstində verilir.
Müstəqillik dövrü və siyasi proseslər, dövlət çevrilişləri, oliqarx sistemləri, enerji siyasəti, beynəlxalq kəşfiyyat şəbəkələri, regionda güc balansı kimi mövzular da yer alır. Lakin bunların heç biri tariximizin son 36 illik dövrünü milli yaddaş konteksindən işıqlandırılmır. Bu mövzuda yazarımız əsasən publisistik çıxışlarda və müsahibələrdə mövqeyini bildirib. Çingiz Abdullayev tarixi-analitik epopeya yazarı deyil, bəli, geosiyasi triller müəllifidir.
Abdullayevin yazıları daha çox mexanizm, Azərbaycan oxucusunun tələbi isə ruhun sarsıntısıdır. Ölkənin taleyi ilə bağlı ağır dövrlərdən keçmiş bir cəmiyyət, 36 illik siyasi travma, Qarabağ, 90-cı illər, susdurulmuş həqiqətlər… susqunluqla müşahidə olunur və belə bir fonda Çingiz Abdullayev (bu imza ədəbi elita içərisində qırmızı hərflərlə yazılır) artıq ifşa olunmuş siyasi fiqur haqqında kitab yaza biləcəyini bəyan edir. Təbii olaraq bu açıqlama etik və mənəvi sual doğurur. Yazıçının istədiyi şəxs haqqında yaza bilməsi ədəbiyyatın azadlıq prinsipidir. Amma…
Mövqe və məsuliyyət tərəfinə gəlincə cəmiyyətin yazıçını sadəcə müəllif kimi yox, mənəvi fiqur kimi də gördüyü məlumdur. Xüsusilə də milli travmalar yaşamış ölkədə.
O zaman sual yaranır: Bu kitab nəyə xidmət edəcək?
Çünki yazmaq azadlıqdırsa, təsir də güçlüdür-cəmiyyətin şuuraltına işləyir, daxili konflikt yaradır.
Hər yazıçı istədiyi mövzu haqqında yaza bilər. Bu, ədəbiyyatın fundamental prinsipidir. Lakin məşhur yazıçı artıq təkcə fərdi yaradıcılıq subyekti deyil, həm də ictimai rəy formalaşdıran fiqurdur. Çingiz Abdullayev sıravi müəllif deyil. O, beynəlxalq səviyyədə tanınan, geniş oxucu auditoriyası olan bir yazıçıdır. Belə bir müəllifin seçdiyi mövzu artıq şəxsi seçim olmaqla yanaşı, ictimai siqnal daşıyır.
Bu siqnalı: tənqidi araşdırma, tarixi üzləşmə, imic narrativi kimi də qəbul edə bilər. Məhz bu qeyri-müəyyənlik narahatlıq yaradır. Çüki fiqur yox, zaman həssasdır.
Ramiz Mehdiyev uzun illər dövlət aparatında yüksək mövqedə olmuş siyasi fiqurdur və hazırda barəsində ağır ittihamların müzakirə olunduğu ictimai mühit mövcuddur. Bu fakt özü-özlüyündə mövzunu həssas edir burası da məlum. Yəni kitab yazılacaqsa iki fiqur arasında balans qorunur. Burada əsas məsələ şəxs- yazan və yazılan deyil.
Əsas məsələ 36 illik dövlətçilik tarixidir - Qarabağ münaqişəsi, 90-cı illərin xaosu, sistem quruculuğu, ideoloji formalaşma, mərkəzləşmiş idarəçilik modeli. Belə bir fon üzərində yazılan kitab (Çingiz Abdullayevin bu nöqtədən qaçışı yoxdur) tarixi aydınlaşdıra da bilər, həmin tarixi yaddaşı estetikləşdirə də bilər. Ədəbiyyatın funksiyalarından biri sənədlərə əsaslanıb müxtəlif tərəflərin mövqeyini təqdim etməklə məsuliyyət bölgüsünü göstərərək oxucuya nəticə çıxarma imkanı verən izahlı-analitikadırsa, digəri də fiquru insaniləşdirib konteksti yumşaltmaqla sistem məsuliyyətini fərdi xarakter hekayəsinə çevirməklə normallaşdırmaqdır.
Maraqlıdır Çingiz Abdullayev hansı istiqamət seçiləcək?
Məşhur yazıçı üçün “Ramiz Mehdiyev” mövzusu göydəndüşmə milli mövzu olmaqla yanaşı ciddi reputasiya riski də daşıya bilər-etibarının zədələnməsi təhlükəsi yaranar, ictimai imici düşər.
Əslində, Çingiz Abdullayev siyasi triller janrında yazdığı, əsərlərində güc strukturları, kəşfiyyat, geosiyasi oyunlar mühüm yer tutduğu üçün Ramziz Mehdiyev siyasi hadisəsi onun estetik sahəsinə yad deyil. Lakin burada problem janrda deyil, tariximizin siyasi mərhələsindədir.
Elita daxili transformsiya və cəmiyyətdə toxunulmazlıq mifinin sındırılması reaksiyası doğuran hadisənin Çingiz Abdullayev qələmi ilə xalqın yaddaçına nəql edilməsi məsələsi ünlü bir yazarın təkcə bir kitab yazmaq məsələsi deyil. Bu, ədəbiyyatın ictimai rolunun müzakirəsidir. Çingiz Abdullayevin belə bir kitab yazmaq niyyəti onun hüququdur. Lakin məşhur yazıçının hüququ ilə ictimai məsuliyyəti eyni ölçüdə deyil və 36 illik tarixi yaşamış Azərbaycan xalqının yazıçıısının hüquq və məsuliyyətinin ölçüsü ilə heç deyil.
Əgər kitab faktoloji balansı qoruyacaqsa, müxtəlif mövqeləri təqdim edəcəksə, 36 ilin tarixi kontekstini açacaqsa, o zaman bu, ədəbiyyatın xalq qarşısında xidməti olacaqdır.
Yox, əgər kitab şəxsi portreti sistem məsuliyyətindən ayıracaqsa, zamanın ağrısını yumşaldacaqsa, yaddaşı fərdiləşdirərək struktur problemləri kölgədə qoyacaqsa, o zaman zərər görən milli yaddaşımız olacaqdır. Ədəbiyyatın gücü obraz yaratmaqdır. Bu güc və bu gücün tarix qarşısında məsuliyyəti isə həqiqəti kölgədə qoymamaqdır. Bizim üçün Çingiz Abdullayevin Ramiz Mehdiyev haqqında kitab yaza biləcəyi ilə bağlı açıqlaması sadəcə ədəbi planlarından danışması deyil. Bu, tarixin hansı tərəfdən yazılacağına dair siqnaldır. Hardan bilirik? 36 illik susqunluqdan. Məsələ bir yazıçının yaradıcılıq azadlığı deyil. Məsələ 36 illik siyasi yaddaşın kim tərəfindən və hansı tonla kodlaşdırılacağıdır.
Uzun illər dövlət aparatının mərkəzində olmuş bir fiqur haqqında kitab yazmaq neytral akt da deyil. Çünki belə fiqurlar fərdi deyil — struktur simvollardır. Onlar qərar mexanizmlərinin, ideoloji nəzarətin, kadr siyasətinin, informasiya axınının simvoludur.
Belə bir simvolu bədii portretə çevirmək, onu insaniləşdirmək, dramatik fiqura salmaq — siyasi məsuliyyəti emosional estetikaya çevirmək riskini daşıyır ki, Çingiz Abdullayev də məhz bu nöqtəni yaxalamış - Ədəbiyyatın manipulyativ potensialının yaşıl zonasını.
Çünki bədii mətnin faktı emosiyaya çevirmək gücü var, emosional bağ isə siyasi məsafəni azaldır. Əgər oxucu bir fiquru dramatik obraz kimi qəbul edirsə, onun siyasi çəkisini fərqli qavrayır. Bu, psixoloji mexanizmdir. Buna görə də güc strukturlarının mərkəzində olmuş şəxslər haqqında yazılan kitablar heç vaxt sırf ədəbi hadisə olmur. Belə kitablar ya tarixə ayna tutulur ya da rebrendinq. Orta yol nadir hallarda mümkündür. Tarixi estetizasiya variantı da –bədii, romantik və ya idealizə olunmuş forması isə onu yumşaltmaq deməkdir.
Yazıçının məsuliyyəti təkcə söz deyil, həm də kontekst-hadisələrin tarixi fonu, cəmiyyətin psixoloji vəziyyəti, siyasi və sosial güc münasibətləridir. Çingiz Abdullayev ictimai nüfuzdur və onun seçimi ictimai şərh aktı-cəmiyyətlə dialoqdur, ictimai məsuliyyət daşımadır.
Məhz buna görə orataya daha bir sual çıxır: Çingiz Abdullayev Ramiz Mehdiyev mövzusunu romana çevirsə 36 ilin travmatik səhifələrini açacaqmı? Yoxsa həmin səhifələri “tarixi kontekst” adı altında yumşaldacaqmı?
Çünkü tarix hələ açıq suallar mərhələsindədirsə, belə bir kitab obyektiv olaraq neytral ola bilməz. Çünki hər mətn seçimdir və seçim isə mövqedir.
36 İLİN SUALI
Mənim sevimli yazıcım, Çingiz Abdullayev! Siz zəif qələm sahibi deyilsiniz. Sözünüz ictimai nüfuzunuzla örtüşür.
Ona görə də seçiminiz sadəcə ədəbi seçim deyil. Qarabağ 36 il bu xalqın taleyində yanıb. Bu yanğının içində - qəhrəmanlıq və eyni zamanda açı siyasi səhvlər də var idi.
Top mərmiləri ilə dağıdılmış səngər, eyni zamanda kabinet də var idi.
Əgər siz bu tarixdən bir fiquru- həm də Ramiz Mehdiyevi seçib yazmaq istəyirsinizsə, o zaman sizə sual vermək haqqımız var. Qarabağdan danışmaq istəyən qələm əvvəlcə öz məsafəsini müəyyən etməlidir. Siz Ramiz Mehdiyevə hansı baxış nöqtəsindən baxacaqsınız. 30 ildir milli yaddaşa onun xalqın yaşadığı tarixlə bağlı bir kod gönderməyi belə bacarmayan, yazıcılar birliyinin sturuktur məsuliyyətinin kökündə dayanan imza və səlahiyyət sahibi kimi 36 illik tariximizin strateji səhflərini necə analiz edəcək, qərar mexanizmlərinə necə ayna tutacaqsınız.
Siz ədəbiyyatla tariximizə bu xidməti etmyədinizsə demək ki, kitabınızla narrativ quruculuğa xidmət etməyi planlayırsınız. Oysa ki, Qarabağ təkcə bayraq və şeir deyil, dağıdılmış şəhərlər, itirilmiş illər, gecikmiş qərarlar, evladından ayrılmış analar və sındırılmış talelərdir. Hansı ki, gözünüz hemen 17 milyon dolları evde lazımsız əşya kimi unudan bir siyasi fiquru gördü amma məhv olmuş milyonlarla insanı görmədi.
Əgər sizin yaratmağı planlaşdırdığınız bədii mətn bizim suallarımıza cavab verməz və ya verə bilməzsə ki, buna şübhəmiz yoxsur- o zaman bu ədəbiyyat deyil sadəcə ictimai və estetik risk almayan, oxucunu konfrontasiyaya məruz qoymayan mətn modelidir, rahat ədəbiyyatdır. Rahat ədəbiyyat isə travmatik tarixə xidmət etmir.
Əgər bir yazıcı güc mərkəzində olmuş fiquru yazır, amma məsuliyyətini açmırsa, ədəbiyyat siyasi həqiqəti əks etdirmirsə, o, milli yaddaşı qorumaq əvəzinə: tarixi həqiqətləri təhrif etməklə kollektiv şüuru passivləşdirəməyə, ortaq tarixi xatirəmizin, travmalarımızın, qürurumuzun, kollekiv hafizəmizin emosional yükünü zəiflədərək milli yaddaşımızı kütləşdirməyə xidmət edir. Milli yaddaş isə sərt olmalıdır ki, gələcək sağlam qurulsun.
MİA.AZ
İki qonşu ölkə gecə boyu atışdı: ölənlər var - Bəyanat
Baş məşqçisi: "Nəticəyə görə çox kədərliyik"
Fatih Tekke: "Oyundan oyuna uğur qazanırıq"
"Arsenal" 3 xalı 4 qolla qazandı
Tramp: "Biz oraya bir xəstəxana gəmisi göndəririk"
Çingiz Abdullayev və Ramiz Mehdyev romanı…
"Liverpul" son saniyədə qalib gəldi
Kartel lideri öldürüldü, ölkə qarışdı - Amerikalı turistlər hava limanında girov götürüldü (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azərişıq” heç bir borcu olmayan “Veysəloğlu” şirkətlərinin ofislərini işıqsız qoydu (Yenilənib)
Ramazanın 5-ci günün duası: imsak və iftar vaxtı
Bəzi rayonlara yağış və qar yağacaq - Xəbərdarlıq
Deputat da dilə gəldi... - Erkinlə Fərmanın gizli planı!
Prezident İlham Əliyev Səudiyyə Kralına məktub ünvanlayıb - MƏTN
Şamaxıda zəlzələ olub
Ər əvvəl arvadını öldürüb, daha sonra isə...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FHN-in şöbə müdiri haqda şok iddialar yayıldı - Blogeri hədələyən məmur kimdir? + FOTO
AGENTLİK SƏDRİ HƏBS EDİLDİ - Nə baş verir?
Azərbaycanlı məktəblilər beynəlxalq proqramlaşdırma müsabiqəsində 6 medal əldə ediblər
Ana dilimiz: ən gözəl arzu... - Əli Cabbarov yazır
Adnan Əhmədzadənin biznesini alan Yusif Məmmədov: "Gizlətmirəm, Əhmədzadə ilə bağlı hadisələr, şübhəsiz ki..."
Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var
Bazar günü Azərbaycanda arabir yağış yağacaq - PROQNOZ
Prezident İlham Əliyev sərəncam imzalayıb
Ötən gün Azərbaycanda 20 silah aşkarlanıb
Türkiyədə 4,5 maqnitudalı zəlzələ baş verib
Yevlax stadionu futbol azarkeşlərinin ortaq görüş nöqtəsi olacaq - "Karvan Yevlax”ın icraçı direktorundan maraqlı açıqlamalar
Ramazanın üçüncü günü: dua, imsak və iftar vaxtı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Muğlada 44 qanunsuz miqrant xilas edlib
“Konstitutsion hüquqlar və beynəlxalq hüquq çərçivəsində ictimai vəkillik” adlı layihə icra olundu
Tramp savaş anonsu verdi: "İrana lokal zərbə endirməyi düşünürəm"
Almaniya kansleri: "Yeni dünya nizamı sürətlə formalaşır" - "Bu yeni dünya sərt və bəli, təhlükəlidir"
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
"Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər" - SƏFİRLİK BƏYANAT YAYDI
PREZİDENTDƏN MÜHİM İSLAHAT FƏRMANI: bu qurumlar birləşir, yeniləri yaradılır - DETALLAR
Prezident onlara yeni vəzifə verdi - SƏRƏNCAM
Şəhid Nofəl Əsgərov dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Oqtay Qasımovun məqsədi məni dələduz göstərməkdir" - Həbs olunan partiya sədri hakim qarşısına çıxarıldı
Müğənni Fərəh Samirəqızı saxlanılıb
Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı və satışı... - Yeni qanun
"Vilyarreal" Marko Asensionu heyətinə qatmaq istəyir
Milli Məclisin növbəti plenar iclasınin vaxtı açıqlandı
"Brayton" və "Bayern Münhen" Said El Malanı transfer etmək istəyir