Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
10-02-2026 [17:28]
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırova müavinlər təyin edilib.
Mia.az xəbər verir, bu barədə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Cəfər Babayev Agentlik sədrinin birinci müavini, İlqar Həsənov və Mirzə Mirzəyev isə Agentliyin sədr müavini vəzifələrinə təyin olunub.
Qeyd edək ki, Cəfər Babayev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetini Beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2004-cü ildə isə həmin universiteti magistratura səviyyəsində fərqlənmə diplomu ilə bitirib. 2005-2006-cı illərdə "Chevening" Təqaüd Proqramı çərçivəsində İngiltərənin Uorvik (Warwick) Universitetində beynəlxalq iqtisadi hüquq üzrə magistr, 2014-2016-cı illərdə isə İspaniyanın İE Biznes Məktəbində MBA dərəcəsi alıb. 2021-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baş məsləhətçi vəzifəsini icra edib. 2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub. 2025-ci ilin fevral ayından bu təyinatadək Dövlət Agentliyində sədrin müşaviri vəzifəsində çalışıb. Ailəlidir, 2 övladı var.
İlqar Həsənov 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Qərb Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsini bitirib. 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistr, 2020-ci ildə York Universitetinin Schulich Biznes Məktəbində MBA dərəcəsini alıb. 2020-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunda Baş direktorun müavini, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışıb.2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub. 2025-ci ilin fevral ayından bu təyinatadək Agentliyində sədrin müşaviri vəzifəsində çalışıb. Ailəlidir, 2 övladı var.
Mirzəyev Mirzə 1992-ci ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə Bakı Dövlət Universitetinin ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr səviyyəsinini bitirib. 2014-cü ildə Böyük Britaniyanın "Queen Mary" Universiteti, 2015-ci ildə isə Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından Ümumi iqtisadiyyat ixtisası üzrə magistr dərəcəsi əldə edib.
Əmək fəaliyyətinə 2011-ci ildə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-mədəni Mərkəzində iqtisadçı vəzifəsində başlayıb, 2013-cü ilədək burada çalışıb. 2015-2016-cı illərdə Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsində aparıcı məsləhətçi vəzifəsində əmək fəaliyyətini davam etdirib. 2024-cü il aprel ayından bu təyinatadək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəisi vəzifəsində işləyib.
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasından oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacısı" vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavini döyüldü - Səbəb + Təfərrüat