Əmək Məcəlləsinə dəyişiklik təklif edilir - Detallar
İQTİSADİYYAT
21.01.2026, 13:58
Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Mia.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Qeyd edilib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bu gün bütün dünyada sosial siyasət alətlərindən biri olan minimum əməkhaqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir.
Bu xüsusda, Dünya Bankı Qrupunun "Business Ready" hesabatında qanunvericiliyin minimum əməkhaqqının dövri yenilənməsinin məcburiliyinin təsbit edilməməsi bal itirən suallar kateqoriyasına şamil edilib.
Qeyd olunanlar nəzərə alınaraq Baş nazirinin müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2025-ci il 19 fevral tarixində təsdiq edilmiş "Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı "Əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatlarının aparılması" tədbirinin icrasını təmin etmək məqsədilə Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurətindən irəli gələn qanun layihəsi hazırlanıb.
Bildirilib ki, layihənin qəbulu ölkədə sosial müdafiənin effektiv aləti sayılan minimum əmək haqqının müəyyənləşməsinin dövriliyini təmin edəcək və sözügedən hesabatda qeyd olunan sualla bağlı ölkənin bal itirilməsi səbəbi aradan qalxacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!"
Bugün, 09:00 GÜNDƏM
-
Alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixi... - Hikmət Hacıyevdən paylaşım
17.10.2026, 23:10 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edib
17.10.2026, 16:10 GÜNDƏM
-
Sabah küləkli hava olacaq
17.10.2026, 15:01 GÜNDƏM
-
YAP Gənclər Birliyinin sədri də dəyişdi - Yeni sədr və müavinləri seçildi
17.10.2026, 10:52 SİYASƏT
-
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
17.10.2026, 10:00 CƏMİYYƏT
-
Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO
17.10.2026, 09:45 CƏMİYYƏT
-
Prezident İlham Əliyev: "Bizim öz yolumuz var" - VİDEO
17.10.2026, 00:01 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
17.10.2026, 00:00 CƏMİYYƏT
-
TRAMPDAN VAHİMƏLİ XƏBƏRDARLIQ: "İrana mini nüvə bombası ata bilərik" - "MOAB"ın üstünlükləri nədir?
16.10.2026, 23:11 GÜNDƏM
-
Daha bir bələdiyyə sədri CHP-dən istefa verdi
16.10.2026, 23:11 SİYASƏT
-
ABŞ-la UKRAYNA ARASINDA GƏRGİNLİK DƏRİNLƏŞDİ, STARLİNK XİDMƏTİ GERİ ÇƏKİLDİ - Zelenski Trampa cavab verdi
16.10.2026, 19:54 GÜNDƏM
-
Nəhəng ilanların kabusu ortaya çıxdı
16.10.2026, 19:00 DÜNYA
-
Zelenski Aİ-dən 70 milyard avro istəyir: "Əks halda Putini dayandırmaq mümkün olmayacaq"
16.10.2026, 19:00 DÜNYA
-
Ceyhun Bayramov Banqladeş XİN başçısı ilə görüşüb
16.10.2026, 18:03 SİYASƏT
-
Bolqarıstan NATO-dan təcili dəstək İstədi: dron, hava müdafiə sistemləri...
16.10.2026, 17:55 GÜNDƏM
-
Vasif Talıbov YAP-dakı gücünü də itirdi
16.10.2026, 17:38 SİYASƏT
-
Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı
16.10.2026, 17:27 SİYASƏT
-
Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb
16.10.2026, 17:27 İQTİSADİYYAT
-
Aparıcı mesajları qəsdən gec cavabladıranları qınadı: "Çox zavallısınız"
16.10.2026, 17:20 CƏMİYYƏT
-
YAP Veteranlar Şurasında sədr və müavini yenidən seçildi
16.10.2026, 17:03 SİYASƏT
-
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və..." - Sərəncam imzalandı
16.10.2026, 17:03 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
16.10.2026, 17:02 İQTİSADİYYAT
-
Taleh Məmmədovun cinayət işi məhkəməyə göndərilib
16.10.2026, 16:17 KRİMİNAL
-
Haradan haraya - Türkiyəyə universitetdə oxumağa gəldi, indisə dünya ondan danışır
16.10.2026, 16:08 İDMAN
-
“Bakı və İrəvan anklavları dəqiq ölçülərinə uyğun olaraq bir-biri ilə dəyişdirməlidir” - PAŞİNYANIN YENİ MESAJLAIRNA SÖZARDI (TƏHLİL)
16.10.2026, 15:51 SİYASƏT
-
Son üç seçkini dəqiq proqnozlaşdıran mərkəzdən sorğu - "Bu bazar seçki olsa, hansı partiyaya səs verərsiniz?"
16.10.2026, 15:29 SİYASƏT
-
İsrail ordusu Livanın cənubunu bombalayıb
16.10.2026, 15:22 DÜNYA
-
Bu komandalara texniki məğlubiyyət verildi
16.10.2026, 15:05 İDMAN
-
Azərbaycanın Baş prokurorluğu türkiyəli jurnalisti axtarışa verdi - Bu səbəbə görə (FOTO)
16.10.2026, 15:02 PRESS
-
Qazaxıstanda 1500 illik məzardan nələr çxmadı ki? - Qızıl ayaqqabılar, kəmər... + FOTOLAR
16.10.2026, 14:47 MƏDƏNİYYƏT
-
Hülya Avşar "Qanlı Nigar" rolunu oynayacaq: "Xaraktercə yaxınıq"
16.10.2026, 14:26 MƏDƏNİYYƏT
-
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
16.10.2026, 14:22 İQTİSADİYYAT
-
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə müzakirə aparıb
16.10.2026, 14:10 SİYASƏT