TRAMP DAHA BİR ÖLKƏNİ ƏMƏLİYYATLA HƏDƏLƏDİ: "Bunu izləmək çox kədərlidir"

img

09-01-2026 [20:53]


ABŞ Prezidenti Donald Tramp daha bir ölkəni əməliyyatla hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə "Fox News"da Şon Hannitinin suallarına cavabda danışıb.

Tramp bildirib ki, Sakit okean və Karib dənizlərindəki dəniz əməliyyatlarından sonra bölgədəki cinayət kartellərinə qarşı hücumlara start verəcəklər: "İlk olaraq Meksikadan başlayacağıq. Bu ölkəyə quru əməliyyatları istisna deyil. O ölkəni əvvəl dediyim kimi, cinayətkar kartellər idarə edir. Biz onlara çox ağır zərbələr endirməyə başlayacağıq.  Bəli, bəli, kartellər Meksikanı idarə edir və bunu izləmək çox kədərlidir. Bu ölkədə nələrin baş verdiyini görmək ağırdır. Onlar hər il ölkəmizdə 250.000-300.000 insanı öldürürlər. Bu, dəhşətlidir. Buna dözə bilmərik".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:03 09.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA