Suriya ordusu Hələbdə kürd silahlılarına zərbə endirir: "Silahı yerə qoyun, yoxsa..." (Yenilənib)

img

08-01-2026 [15:44]


Suriya ordusu Hələbdə mühasirəyə aldığı Suriya Demokratik Qüvvələrinə (SDQ/YPG) qarşı əməliyyata başlayıb.

Mia.az TRTHaber-ə istinadla xəbər verir ki, kürd silahlıları verilən vaxtda təslim olmadığından dronlarla dəqiq atəşlə mövqeləri sıradan çıxarılır.

***

Suriya ordusu Hələbin iki bölgəsində mühasirəyə aldığı kürd silahlılarını özündə birləşdirən Suriya Demokratik Qüvvələrinə (SDQ/YPG) yenidən vaxt verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi açqlama yayıb.

Bidirilib ki, Hələbdəki SDQ qüvvələrinə silahları yerə qoyaraq təslim olmaları üçün saat 14.30-dək (Bakı vaxtı ilə) vaxt verilib: "Əgər bu vaxtdadək silahlar yerə qoyuilması ağır bombardmanla hücum başlayacaq"

Xatırladaq ki, dünən Suriya ordusu SDQ-yə saaat 16-ək vaxt vermişdi. Lakin əməl olunmadığı üçün hmin vaxtdann gecəyədək kürd silahlı dəstələrinin nəzarətində olan Hələbin Əşrəfiyyə, Şeyx Məqsud və Bəni Zeid məhəllələri sürətli əməliyyatla mühasirəyə alınıb.

Tahir Şəlvəli

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA