Gömrükdə dəyişiklik davam edir - Daha bir idarə rəisi vəzifədən çıxarıldı

img

08-01-2026 [12:17]


Dövlət Gömrük Komitəsinin (DGK) İnfrastrukturun İnkişafı İdarəsinin rəisi Abuzər Məmmədov işdən çıxarılıb.

Bununla bağlı DGK sədri general-leytenant Şahin Bağırov Əmr imzalayıb.

DGK-dan sorğumuza cavab olaraq bildirilib ki, Abuzər Bağır oğlu Məmmədov ötən ilin dekabrında son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib/Qafqazinfo.

Xatırladaq ki, son aylar gömrükdə bir çox idarə rəisləri vəzifədən azad edilib, bir neçə nəfər həbs edilib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA