ABŞ-da kilsəyə hücum: iki nəfər ölüb, altı nəfər yaralanıb

img

08-01-2026 [11:06]


ABŞ-ın Yuta ştatının Solt Leyk Siti şəhərindəki Son Gün Müqəddəsləri İsa Məsih Mormon Kilsəsində atışma olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, atışmada iki nəfər ölüb, altı nəfər yaralanıb.

Solt Leyk Siti Polis Departamentinin sözçüsü Qlen Mills bildirib ki, hadisə yerli vaxtla saat 19:30 radələrində baş verib: "İlkin araşdırmalar göstərir ki, atışma dayanacaqda mübahisədən sonra baş verib. Hadisə yerində iki nəfər ölüb. Xəstəxanaya aparılan altı yaralıdan üçünün vəziyyəti də ağırdır. Hadisəni törədənlər qaçıblar. Onların saxlanması məqsədiylə genişmiqyaslı axtarışa başlanıb".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA