TRAMP VENESUELADAN ÇIXMAYACAQLARINI DEYİR: "Neft zavodlarını bərpa edəcəyik və..." - "Müxalif lider yetərli hörmətə sahib deyil"

img

03-01-2026 [22:01]


"ABŞ real və normal hakimiyyət keçidi həyata keçirilənə qədər Venesuelanı idarə edəcək".

Mia.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Tramp Mar-a-Laqo iqamətgahında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Maduro xalqın haqqını qəsb edib və o, ABŞ məhkəməsi qarşısında mühakimə olunacaq: "Biz isə normal hakimiyyət qurulana qədər Venesuelada qalacağıq. Orada iqtidari biz idarə edəcəyik. Madurodan boşalan postu onun kimi birinin tutması böyük risk olar. Bu hal baş verərsə, hər şey yenə bu şəkildə bitə bilər".

O, hərbçilərin çox dəqiq əməliyyatla Maduronu "qapazladıqları"nı deyib: "Hər hansı itkimiz yoxdur"

Donald Tramp tezliklə ABŞ-ın neft şirkətlərinin Venesuelaya gedəcəyini də dilə gətirib: "Bizim peşəkar neft şirkətlərimiz və onların mütəxəssisləri var. Onlar Venesuelada bərbad vəziyyətdə olan zavodları bərpa edib, neft hasil edəcəklər. Bundan sonra xalqa pul axacaq".

O, müxalifət lideri Mariya Korina Maçado haqqında da danışıb: "Müxalifət liderinin harada olduğunu bilmirik. Onun ölkədə yeni lider olması çox çətin olardı. O, çox yaxşı insandır, amma ölkədə onun o qədər də hörməti yoxdur".

Tramp ABŞ qüvvələrinin Venesuelanın blokadasını hələ davam etdirəcəyini deyib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA