Gürcüstan “Akkord”la bağlı cinayət işi qaldırıb - Azərbaycan şirkətinin tikdiyi körpü uçub
03-01-2026 [14:14]
Gürcüstanda Rioni çayı üzərində inşa edilən körpünün uçması ilə bağlı cinayət işi üzrə prokurorluq yeni ittihamlar irəli sürüb. İttiham olunanlar arasında Gürcüstan Avtomobil Yolları Departamenti sədrinin keçmiş müavini Levan Kupataşvili ilə yanaşı, Azərbaycanın “Akkord” tikinti şirkətinin direktoru da var.
Mia.az xəbər veirr ki, bu məlumatı jurnaluist Cavanşir Həsənli ssial media hesabında yazıb.
O bildirib ki, istintaqın məlumatına görə, körpü layihəsi zamanı gündəlik nəzarət Gürcüstanın Avtomobil Yolları Departamentinin üzərinə düşsə də, faktiki olaraq bu nəzarət həyata keçirilməyib. Layihənin icrası dövründə nəzarətçi beynəlxalq şirkətin heç bir səlahiyyətli eksperti Gürcüstanda olmayıb, buna baxmayaraq, tikinti işlərinə dair saxta icra aktları təsdiqlənib:
"Bildirilir ki, tikinti yerində heç vaxt olmayan beynəlxalq ekspert, tikinti şirkətinin nümayəndələri tərəfindən tərtib edilmiş saxta sənədləri imzalayıb. Həmin sənədlər Avtomobil Yolları Departamentinin o zamankı sədr müavini Levan Kupataşvilinin imzası ilə də təsdiqlənib. Bu aktlar əsasında, guya göstərilmiş xidmətlərə görə, 1 milyon 172 min 539 lari məbləğində vəsait köçürülüb.
Prokurorluğun məlumatına əsasən, layihəni icra edən şirkət yerinə yetirilməmiş və keyfiyyətsiz işlərə görə dələduzluq yolu ilə 3 milyon 859 min 678 lari vəsaiti mənimsəyib, nəticədə isə körpü uçub. Sonradan aparılan bərpa işlərinə əlavə olaraq 12 milyon laridən artıq vəsait xərclənib. Ümumilikdə dövlət büdcəsinə dəyən zərər 16 milyon larini ötüb.
Keçmiş sədr müavini Levan Kupataşviliyə qarşı
— vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vəsaitin mənimsənilməsi
maddələri ilə ittiham irəli sürülüb. Onu 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
“Akkord” şirkətinin direktoru və layihə menecerlərinə, həmçinin beynəlxalq konsorsiumun qrup rəhbəri–baş mühəndisinə qiyabi qaydada
— külli miqdarda vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsi,
— saxta sənədlərin hazırlanması ittihamları irəli sürülüb. Bu maddələr üzrə 9 ilədək həbs cəzası nəzərdə tutulur.
Prokurorluq bütün təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcəyini bildirib. İş üzrə istintaq davam edir və digər şirkətlərin və vəzifəli şəxslərin mümkün cinayət əməlləri araşdırılır".
P.S. Xatırladaq ki, "Akkord"un sabiq rəhbəri İlqar Hacıyev ABŞ-a qaçıb. O zaman-zaman Azərbaycana və bəzi məmurlara qarşı iddialar səsləndirir.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
TRAMP VENESUELADAN ÇIXMAYACAQLARINI DEYİR: "Neft zavodlarını bərpa edəcəyik və..." - "Müxalif lideri yetərli hörmətə sahib deyil"
"Etiraz əsaslıdır, lakin etiraz iğtişaş demək deyil" - İranın ali dini liderindən aksiyalar barədə açıqlama
Azərbaycanda Ramazan ayı bu tarixdən başlayır
Prezident İlham Əliyev ailəsi ilə birlikdə Şahdağda - "Bu gün babamla xizək sürdük” + FOTOLAR
"Azərbaycan Dəmir Yolları"da yanacaq və yağ oğurluğu: iki vəzifəli şəxs həbs edilib
Aİ-dən ABŞ-ın Maduronu ələ keçirməsinə dəstək gəldi - Açıqlama
Sabah külək güclənəcək - Xəbərdarlıq
"Görün rejim nə qədər çürük imiş ki..." - Maduro və arvadının ölkələrində ələ keçirilməsinə maraqlı şərh verildi
Gürcüstan “Akkord”la bağlı cinayət işi qaldırıb - Azərbaycan şirkətinin tikdiyi körpü uçub
"Temu"da hiddət doğuran hərəkət: boykot çağrışı artır - Satışa çıxarılan bu məhsullar azərbaycanlıları qəzəbləndirdi (FOTOLAR)
ABŞ VENESUELA PREZİDENTİ İLƏ ARVADINI ƏLƏ KEÇİRİB - Tramp onların ölkədən çıxarıldığını deyib (FOTO)
ABŞ BU ÖLKƏNİ BOMBALAYIB: Prezident sarayı, müdafiə nazirinin evi, hərbi və neft zavodları... (YENLƏNİB)
Sabiq deputatdan icra başçısının müğənninin dalyıca düşməsinə sərt reaksiya: "Allahın Kim Kardaşyanı..." - "Bu, nə bambıllıqdı?!"
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan nefti 64 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
YANVAR AYINDA KİMİ HANSI SÜRPRİZ GÖZLƏYİR? - Bürclər
"Kimə oxşayacaqsınız ki?" - Röya "Mən yaşaya bilən qızam” deyir
“Bolmart”la Agentlik arasında qalmaqal yaranıb
Bakıda külək binanın fasadını sökdü - VİDEO
Qazsız bayram, süni intellekt əsaslı çökən sistem və ötürülən məsuliyyət... - Osman GÜNDÜZ YAZIR
"Ciddi işlər aparılır" - “Azəriqaz”dan bəzi qaz sayğaclarına pul yüklənməsində yaranan problemə reaksiyalar (YENİLƏNİB)
ADNAN ƏHMƏDZADƏNİN NƏ QƏDƏR SƏRVƏTİ VAR? - Şok rəqəm açıqlandı
Aparıcı Nailə Əkbərova vəfat edib
Hikmət Hacıyev: "Biz sülhü təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə qururuq"
"Xəbər bizi olduqca kədərləndirdi" - İlham Əliyev
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda administrator gecə klubunun qarşısında öldürülüb
"turbo.az”, "tap.az”, topaz-ın sahibi ən varlı adam oldu
DEPUTATIN ŞİRKƏTİ MÜĞƏNNİYƏ ƏMLAK PEŞKƏŞ EDİB? - Müğənni silinən xəbərlərə təsdiqləyici cavab verdi, şirkət isə...(VİDEO) - Yenilənib
"O, məndən yaxşıca istifadə etdi, onun şəxsi həyatına kim qadağa qoyubsa..." - Meyxanaçı Pərviz Türkandan danışdı
Qaz kartlarına niyə pul vurmaq olmur? - Açıqlama
"Təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və..." - Mehriban Əliyeva İlham Əliyevlı birgə fotosunu paylaşdı, mesaj verdi
Sabah Bakıda və Abşeronda yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bakıya sulu qar, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
80 yaşlı Misir Mərdanov: "Nə isə görüləsi işlər çoxdur, təki Allah can sağlığı versin!"
Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
Azərbaycan nefti çox cüzi bahalaşıb
PEZİDENT XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN + VİDEO
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi